İtaliyanın baş naziri Matteo Renzi aprelin 17-də Ağ evdə ABŞ prezidenti Barack Obama ilə görüşməlidir.
Ağ evin məlumatına görə, görüşdə əsasən Ukraynadakı münaqişə, İslam Dövləti yaraqlılarından gələn təhlükə və Liviyadakı böhran müzakirə olunacaq.
Liderlər Avropa İqtisadiyyatı, ABŞ-la Avropa Birliyi arasında təxirə salınan ticarət müqaviləsi,iqlim dəyişikliyi və enerji təhlükəsialiyi məsələlərini də müzakirə edəcəklər.
İtaliya hazırda Aralıq dənizi vasitəsi ilə Liviya, Şimali Afrika və Yaxın Şərqdən gələn qaçqın axını ilə üzləşib.