Keçid linkləri

2017, 23 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 14:39

-

Aprelin 15-də rus rublunun dəyəri qalxıb, bir dollar 50 rubla yaxınlaşıb. Bu, ötən ilin noyabrından ilk dəfə baş verir. Rubl ilin əvvəlindən 22 faiz qalxıb.

Neftin qiymətinin düşməsi və Moskvaya Ukrayna böhranı səbəbindən Qərbin qoyduğu sanksiyalar 1998-ci ildən bəri rublun ən aşağı həddə düşməsinə gətirmişdi. Ötən il dekabrın ortasında bir dollar 80 rubla bərabər idi.

Təhlilçilərin fikrincə, xam neftin qiymətinin dirçəlməsi və Ukraynanın şərqində böhranın səngiməsi rublun qalxmasına səbəb olub. Ancaq bu, qısa müddətli ola bilər. Belə ki, Rusiya Mərkəzi Bankı ayın sonunda faiz dərəcəsini azaltmağı düşünür.

XS
SM
MD
LG