-
Rusiyanın Xakasiya regionunda baş verən yanğında 15 nəfər həlak olub. Onlarla şəhər və kənddə 1200-dən çox ev yanıb.
Rusiya Səhiyyə nazirliyinin rəsmisi deyib ki, 78 nəfər xəstəxanaya yerləşdirilib, səkkizi ağır vəziyyətdədir.
Fövqəladə Hallar Nazirliyi Xakasiyada yanğının söndürüldüyünü bildirir.
38 şəhər və kənddə 1205 bina yanıb. Sibirdə son illər yanğınlar tez-tez baş verir, bəzi hallarda bunda insan faktoru rol oynayır.
Hər yay minlərlə hektar torpaq yanır.