Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:08

Mingəçevir sakinləri İlham Əliyevlə görüşə buraxılmır (Fotoqalereya)


Fevralın 24-də prezident İlham Əliyevin Mingəçevirə səfəri zamanı şəhəri iki hissəyə ayıran Kür çayının üzərindəki körpü bağlanıb. Bu haqda AzadlıqRadiosuna məlumat verən yerli sakinlərin sözlərinə görə, əhalinin şəhərə girişi də qadağan olunub.

Körpünün ətrafına toplaşan sakinlərə bildirilib ki, yalnız prezident gəlib-gedəndən sonra hərəkət bərpa olunacaq. Şəhər sakini Şakir Qurbanov deyir ki, məhdudiyyət təkcə bununla bitmir:

“Dükanlar, çörək sexləri işləmir. Heç bir müəssisə çalışmır, hamısı bağlıdır. Nəqliyyat tamamən dayanıb. İlham Əliyevlə görüşmək istəyən sakinləri qarşısı alınır. Şəhərə buraxılmayanlar arasında ağır xəstə də var ki, təcili xəstəxanaya çatdırılmalıdır. Onu da buraxmırlar. Deyirlər prezident getsin sonra buraxarıq”.

Prezident İlham Əliyev fevralın 24-də Mingəçevirə səfərə gedib. O, səfər çərçivəsində məcburi köçkünlər üçün salınan yeni yaşayış kompleksinə baş çəkib.

Hələlik sakinlərin dövlət başçısı ilə görüşə niyə buraxılmamaları barədə rəsmi qaynaqlardan bir reaksiya yoxdur.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG