Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:34

Ukrayna yolayırıcında: hərb və ya sülh

Dekabrın 15-də Minsk razılaşmasına əsasən Ukrayna ordusu ilə Donetsk və Luqansk separatçıları arasında döyüşlər dayanmalıdır. Atəşkəs yenicə qüvvəyə minib, bəs atəş dayanıbmı?


Minsk razılaşmasına əsasən dekabrın 15-də Ukrayna ordusu ilə

Donetsk və Luqansk separatçıları atəşi dayandırmalı və qoşunları cəbhə xəttindən geri çəkməli idirlər. Atəşkəs yenicə qüvvəyə minib, bəs atəş dayanıbmı?

Minsk razılaşmasından dərhal sonra tərəflər ziddiyyətli bəyanatlar verdiklərindən, real atəşkəsə nikbin baxanlar elə də çox deyil.

Prezident Poroshenko bəyan edib ki, silahlar susmasa Ukrayna bütün ölkədə hərbi vəziyyət elan edəcək.

Dekabrın 15-ində Donbassdan gələn xəbərlərin Ukrayna, Rusiya, Avropa və bütün dünya üçün tarixi əhəmiyyəti var.

Sən necə fikirləşirsən, Ukraynada hadisələrin necə inkişaf edəcək? Facebook-da müzakirələrə qoşul. Və ya fikirlərini bloqun sonundakı şərh hissəsinə yaz.

Diqqət. Ukrayna hadisələrini daim yenilənən canlı bloqda izlə. «Davamı» düyməsini sıxmaqla bloqu vərəqləmək olar.

Sülhə ən böyük təhlükə - Debaltsevo

Debaltsevo qövsündə hər 2 tərəfdən güclü hərbi qüvvə toplaşıb. Hələ yanvar ayında strateji əhəmiyyəti olan bu şəhərə hücuma başlayan separatçılar dəfələrlə burada Ukrayna ordu hissələrini mühasirəyə aldıqlarını bəyan etmişdilər. Minsk danışıqlarına qədər rusiyameylli yaraqlılar bu şəhəri ələ keçirmək niyyətində olsalar da, Ukrayna ordusunun şiddətli müqaviməti ilə üzləşdilər.

ABŞ rəsmiləri bəyan etdilər ki, Debaltsevoda Rusiyanın nizami qoşun hissələri döyüşür və Debaltsevo ətrafında Rusiya artilleriya batareyalarının kosmosdan çəkilmiş fotolarını dərc etdilər.

Moskva bu ittihamları istehza ilə rədd etdi. Separatçıların lideri Zakharob bəyan etdi ki, atəşkəsə baxmayaraq Debaltsevodakı Ukrayna qoşunlarının mühasirədən çıxmasına yol verməyəcəklər.

Atəşkəs qüvvəyə minəndən sonra onun pozulması haqda məlumatlar da məhz Debaltsevo istiqamətindən gəlir, tərəflər bir-birini Minsk razılaşmasını pozmaqda ittiham edirlər. Lakin bu ərazidəki qövs boyundakı cəbhə xəttinin mürəkkəbliyi, qarşıdakı 2 həftə ərzində oradan qoşun və ağır texnikanın çıxarılmasını çətinləşdirir. Razılaşmaya əsasən tərəflər arasında 70 kilometrlik buffer zonası yaradılmalıdır.

Mariupol istiqamətində də vəziyyət qeyri-müəyyən olaraq qalır. Burada da bir-birinə etibar etməyən tərəflər təmas xəttini tərk etməyə tələsmirlər.

Ukrayna 6 atəşkəs pozuntusu qeydə alıb

Ukrayna Baş qərargahının nümayəndəsi Vladislav Seleznev bildirib ki, atəşkəsin qüvvəyə mindiyi ilk 4 saat ərzində Debaltsevo ətrafındakı Çernuxino və Luqansk vilayətində Zolotoye məntəqələri 6 dəfə atəşə tutulub. Saat 3-dən 4-ə qədər sakitlik yaranıb.

Luqanskda atəşkəsdir

Separatçı Luqansk xalq respublikasının lideri İgor Plotnistskiy bildirib ki, Luqansk vilayətində hər 2 tərəf atəşkəsə riayyət edir.

Atəşkəs cəmi 30 dəqiqə çəkir

Ukrayna və Donbass separatçıları demək olar ki, eyni vaxtda bir-birini atəşkəsi pozmaqda ittiham edirlər. Xəbər verilir ki, qüvvəyə minəndən 30 dəqiqə sonra bir sıra yerdə atəşkəs pozulub.

Ukrayna tərəfi bildirir ki, saat 00.25-də Ukrayna ordusunun Luqansk vilayətinin Zolotoye yaşayış məntəqəsindəki nəzarət məntəqəsi atəşə tutulub. Uraynanın birgə müşahidə qrupundakı nümayəndəsi Aleksander Rozmaznin insident haqda ATƏT nümayəndələrinə xəbər verib.

Separatçıların qərargahından bildirirlər ki, Debaltsevoda mühasirədə qalan Ukrayna qoşunları Yenakiyevo, Qorlovka şəhərlərini və Donetsk aeroportunu artilleriya atəşinə tutublar. Bildirlir ki, separatçılar da cavab atəşi acıblar, vəziyyətlə bağlı Donetsk separatçılarının lideri Zakharcheko təcili iclas çağırıb.

Davamı

XS
SM
MD
LG