Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:59

Ukrayna yolayırıcında: hərb və ya sülh

Dekabrın 15-də Minsk razılaşmasına əsasən Ukrayna ordusu ilə Donetsk və Luqansk separatçıları arasında döyüşlər dayanmalıdır. Atəşkəs yenicə qüvvəyə minib, bəs atəş dayanıbmı?


Minsk razılaşmasına əsasən dekabrın 15-də Ukrayna ordusu ilə

Donetsk və Luqansk separatçıları atəşi dayandırmalı və qoşunları cəbhə xəttindən geri çəkməli idirlər. Atəşkəs yenicə qüvvəyə minib, bəs atəş dayanıbmı?

Minsk razılaşmasından dərhal sonra tərəflər ziddiyyətli bəyanatlar verdiklərindən, real atəşkəsə nikbin baxanlar elə də çox deyil.

Prezident Poroshenko bəyan edib ki, silahlar susmasa Ukrayna bütün ölkədə hərbi vəziyyət elan edəcək.

Dekabrın 15-ində Donbassdan gələn xəbərlərin Ukrayna, Rusiya, Avropa və bütün dünya üçün tarixi əhəmiyyəti var.

Sən necə fikirləşirsən, Ukraynada hadisələrin necə inkişaf edəcək? Facebook-da müzakirələrə qoşul. Və ya fikirlərini bloqun sonundakı şərh hissəsinə yaz.

Diqqət. Ukrayna hadisələrini daim yenilənən canlı bloqda izlə. «Davamı» düyməsini sıxmaqla bloqu vərəqləmək olar.

Ağır texnika 2 həftəyə çıxarılamlıdır

Minsk razılaşmasına əsasən Ukrayna Silahlı qüvvələrinin ağır silahları hazırki cəbhə xəttindən geri çəkilir. Separatçıların üçün geri çəkilmə nöqtəsi 2014-cü il sentyabrın 19-da mövcud olan cəbhə xətti sayılır. Xatırladırıq ki, 5 ay əvvəl cəbhə xətti indikindən xeyli fərqlənirdi, bu müddət ərzində Rusiyameyyli yaraqlılar Donetsk və Debaltsevo ətrafında irəliləmi, Mariupol ətrafında isə müəyyən əraziləri itimişdilər.

Atəşkəs razılaşmasına əsasən, ağır silahların çıxarılması hər 2 tərəfdən atəşin dayandırıldığı saatdan ən geci 2 gün ərzində başlamalı, və 2 həftə ərzində başa çatmalıdır.

Minsk razılaşmasından atəşkəsə qədər olan müddətdə tərəflər arasında qızğın döyüşlər gedib. Belə təsəvvür yaranır ki, atəşkəs qüvvəyə minənə qədər hərə imkan daxilində çox ərazi tutmağa çalışır.

Atəş dayanmasa Ukrayna hərbi vəziyyət elan edəcək

Atəşkəsdən 1 gün əvvəl Ukrayna əsgərləri mühasirədən çıxmağa çalışır
Gözlə

No media source currently available

0:00 0:01:16 0:00

Ukrayna prezidenti Petro Poroshenko şənbə günü sərhəd qoşunları qarşısında çıxış edərkən bəyan edib ki, fevralın 15-də Donbassda atəşkəs baş verməsə, bütün ölkə ərazisində hərbi vəziyyətin elan olunması haqda qərarı nəzərdə tutub. Onun sözlərinə görə, hərbi vəziyyət haqda qanunu analiz edib və onu parlamentin müzakirəsinə çıxarmağa hazırdır. Belə bir addım, prezidentin fikrincə ölkənin müdafiəsi üçün tələb olunan qüvvələr birliyini təmin edər.

Separatçılar atəşkəs əmri verdiklərini bəyan etdilər

“Donetsk Xalq respublikası (DNR) rəhbərliyinin göstərişinə əsasən, DNR hərbi birləşmələri Kiyev vaxtilə 00.00-da cəbhə boyu bütün silahlardan atəşi dayandırır”. – Separatçı DNR hərbi komandanlarından biri Eduard Basurin Donetskdə keçirilən brifinqdə bəyan edib. Bir qədər əvvəl Donetsk separatçılarının lideri Zakharchenko da qoşunlara atəşin dayandırılması haqda əmr verdiyini demişdi. Xəbər verilirdi ki, fevraln 14-də günörta saatlarında onun jurnaslitlərlə görüşmək niyyətində olduğu ərazi atəşə tutulub.

Baş komandan Poroshenko atəşin dayandırılması əmrini verdi

Ukrayna qoşunlarının ali baş komandanı Ukraynanın şərqindəki münaqişə bölgələrində atəşin dayandırılması haqda əmr verib. Ukrayna hərbi baş qərargahının iclası canlı efirdə yayımlanırdı. Poroshenko ümid etdiyini bildirib ki, separatçıların bütün yaraqlı dəstələri də atəşi kəsəcəklər.

BBC-nin Donbassda olan müxbiri deyib ki, Ukrayna şərqindəki əhali arasında siyasətçilərin belə bayanatlarına inamsızlıq hökm sürür.

Davamı

XS
SM
MD
LG