Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:19

Ukrayna yolayırıcında: hərb və ya sülh

Dekabrın 15-də Minsk razılaşmasına əsasən Ukrayna ordusu ilə Donetsk və Luqansk separatçıları arasında döyüşlər dayanmalıdır. Atəşkəs yenicə qüvvəyə minib, bəs atəş dayanıbmı?


Minsk razılaşmasına əsasən dekabrın 15-də Ukrayna ordusu ilə

Donetsk və Luqansk separatçıları atəşi dayandırmalı və qoşunları cəbhə xəttindən geri çəkməli idirlər. Atəşkəs yenicə qüvvəyə minib, bəs atəş dayanıbmı?

Minsk razılaşmasından dərhal sonra tərəflər ziddiyyətli bəyanatlar verdiklərindən, real atəşkəsə nikbin baxanlar elə də çox deyil.

Prezident Poroshenko bəyan edib ki, silahlar susmasa Ukrayna bütün ölkədə hərbi vəziyyət elan edəcək.

Dekabrın 15-ində Donbassdan gələn xəbərlərin Ukrayna, Rusiya, Avropa və bütün dünya üçün tarixi əhəmiyyəti var.

Sən necə fikirləşirsən, Ukraynada hadisələrin necə inkişaf edəcək? Facebook-da müzakirələrə qoşul. Və ya fikirlərini bloqun sonundakı şərh hissəsinə yaz.

Diqqət. Ukrayna hadisələrini daim yenilənən canlı bloqda izlə. «Davamı» düyməsini sıxmaqla bloqu vərəqləmək olar.

Putin Fransa və Almaniya liderləri ilə danışıb

Rusiya prezidentinin saytı xəbər verir ki, atəşkəsdən bir qədər əvvəl Vladimir Putin Fransa prezidenti və Almaniya kansleri ilə telefonla danışıb. Minskdə əldə olunmuş razılaşmanın yerinə yetirilməsinin vacibliyi qeyd olunub.

Qərb mediasının xəbərinə əsasən, Ukrayna və ABŞ prezidentləri də telefonla danışaraq atəşksəi müzakirə ediblər. Xatırladırıq ki, ABŞ Ukraynaya hərbi yardım edilməsi haqda qərarını fevralın 16-dək təxirə salmışdı.

Baş komandan Poroshenko atəşin dayandırılması əmrini verdi

Ukrayna qoşunlarının ali baş komandanı Ukraynanın şərqindəki münaqişə bölgələrində atəşin dayandırılması haqda əmr verib. Ukrayna hərbi baş qərargahının iclası canlı efirdə yayımlanırdı. Poroshenko ümid etdiyini bildirib ki, separatçıların bütün yaraqlı dəstələri də atəşi kəsəcəklər.

BBC-nin Donbassda olan müxbiri deyib ki, Ukrayna şərqindəki əhali arasında siyasətçilərin belə bayanatlarına inamsızlıq hökm sürür.

Separatçılar atəşkəs əmri verdiklərini bəyan etdilər

“Donetsk Xalq respublikası (DNR) rəhbərliyinin göstərişinə əsasən, DNR hərbi birləşmələri Kiyev vaxtilə 00.00-da cəbhə boyu bütün silahlardan atəşi dayandırır”. – Separatçı DNR hərbi komandanlarından biri Eduard Basurin Donetskdə keçirilən brifinqdə bəyan edib. Bir qədər əvvəl Donetsk separatçılarının lideri Zakharchenko da qoşunlara atəşin dayandırılması haqda əmr verdiyini demişdi. Xəbər verilirdi ki, fevraln 14-də günörta saatlarında onun jurnaslitlərlə görüşmək niyyətində olduğu ərazi atəşə tutulub.

Atəş dayanmasa Ukrayna hərbi vəziyyət elan edəcək

Atəşkəsdən 1 gün əvvəl Ukrayna əsgərləri mühasirədən çıxmağa çalışır
Gözlə

No media source currently available

0:00 0:01:16 0:00

Ukrayna prezidenti Petro Poroshenko şənbə günü sərhəd qoşunları qarşısında çıxış edərkən bəyan edib ki, fevralın 15-də Donbassda atəşkəs baş verməsə, bütün ölkə ərazisində hərbi vəziyyətin elan olunması haqda qərarı nəzərdə tutub. Onun sözlərinə görə, hərbi vəziyyət haqda qanunu analiz edib və onu parlamentin müzakirəsinə çıxarmağa hazırdır. Belə bir addım, prezidentin fikrincə ölkənin müdafiəsi üçün tələb olunan qüvvələr birliyini təmin edər.

Davamı

XS
SM
MD
LG