Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 22:56

Bakıda Ramazan bayramı ancaq məscidlərdə hiss olunur


Ramazanda insan Tanrıya yaxınlaşmaq üçün fiziki və mənəvi imkanlarını səfərbər edir
Ramazanda insan Tanrıya yaxınlaşmaq üçün fiziki və mənəvi imkanlarını səfərbər edir
Oktyabrın 23-də səhər saat 10-da Bakıdakı məscidlərdə bayram namazı qılındı. Ölkə dindarları keçən həftə Ramazan bayramının iki gün - oktyabrın 23-ü və 24-də qeyd olunmasını hökumətdən xahiş edib. Nazirlər Kabineti də onlara müsbət cavab verib.

Paytaxtın ən böyük məscidlərindən olan «Təzəpir» məscidinə bu il də xeyli adam toplaşmışdı. Bayram namazına gələnlər arasında gənclər və uşaqlar da çox idi. Onlar Ramazan ayından öyrəndikləri haqqında bunları deyirlər:



«Bu, bir ayda insan Tanrıya yaxınlaşmaq üçün özünün fiziki və mənəvi imkanlarını səfərbər edir. Özünü nəfsiylə mübarizə sınağından keçirə bilirsə, sevinir. Digər tərəfdən, insanlar bir-birinə yaxınlaşır. Allaha yaxınlaşma insanlar arasında mehribançılıq yaratmaqdan keçir, bu, ikiqat sevincdir»
- «Bu ay mənim üçün çox yaxşı keçdi. Düzdü, bizdə bayram, məsələn, Türkiyədə olduğu kimi, çox geniş qeyd olunmur, ancaq hamı kimi oruc tutub, namaz qıldım, yaxşılıq etməyi öyrəndim»ö

- «Öyrəndiyim nəfsimə üstün gəlmək oldu. Bildim ki, artıq öz nəfsimə qalib gələ bilərəm. Bu ay bir növ sınaq oldu. Yaxşılıq etmək tək Ramazan ayı ilə bitmir, bunu davam etdirəcəyəm».


-«Bu ayda insanlara mərhəmət etməyi, namaz qılmağı öyrəndim».


- «Ramazan ayı bir hədiyyədir. Hamı birlikdə yemək yeyir, birlikdə olur, bu, nəyə dəsən dəyər».


Dini Etiqad və Vicdan Azadlığını Müdafiə Mərkəzinin rəhbəri İlqar İbrahimli bildirir ki, Ramazan ayının əsas fəlsəfəsi insana yaxşılığı öyrətmək, digər aylarda da bunu davam etdirməyi təlqin etməkdir: «Qurani-Kərimin Əl-Bəqərə surəsinin 183-cü ayəsində Allah-Təala buyurur ki, ey iman gətirənlər, sizdən əvvəlkilərə yazıldığı kimi, sizə də oruc yazıldı. Orucun ana fəlsəfəsi də bu ayədə açılır - insanı günahlardan, haramlardan çəkindirib mənəvi yüksəkliyə, kamilliyə çatdırmaqdır».


Dini ekspert Nəriman Qasımoğlu isə bildirir ki, Ramazan ayı sınaq ayı olduğu üçün ayın sonuncu günündə də həmin sınaqdan çıxmaq bayram edilir: «Bu, bir ayda insan Tanrıya yaxınlaşmaq üçün özünün fiziki və mənəvi imkanlarını səfərbər edir. Özünü nəfsiylə mübarizə sınağından keçirə bilirsə, sevinir. Digər tərəfdən, insanlar bir-birinə yaxınlaşır. Allaha yaxınlaşma insanlar arasında mehribançılıq yaratmaqdan keçir, bu, ikiqat sevincdir».


Məscidlərdə adam çox olsa da, Bakının küçələrində bayram əhval-ruhiyyəsi o qədər də hiss olunmurdu. Küçələr boş idi, mağazaların çoxu işləmirdi, dükan-bazarda hədiyyə almaq üçün növbələr yaranmamışdı. Söhbət etdiyim dinşünas alimlər hesab edirlər ki, Azərbaycanda Ramazan bayramının qeyd olunmasında qələbəliyin hiss olunmaması bir tərəfdən, bayramın son bir neçə ildə keçirilməsiylə bağlıdırsa, digər səbəb dindarların Ramazanın özəlliklərini əhaliyə elmi şəkildə çatdırmamalarındadır.


«Bu, bir ayda insan Tanrıya yaxınlaşmaq üçün özünün fiziki və mənəvi imkanlarını səfərbər edir. Özünü nəfsiylə mübarizə sınağından keçirə bilirsə, sevinir. Digər tərəfdən, insanlar bir-birinə yaxınlaşır. Allaha yaxınlaşma insanlar arasında mehribançılıq yaratmaqdan keçir, bu, ikiqat sevincdir»


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG