Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 12:55

Manatı gözləyən təhlükə


-

Azərbaycanda internet xidmətlərinin keyfiyyətinin pisləşməsi səbəbləri açıqlandı...

Bakı gözləyir, qubalılar isə almanı çaya tökür...

Azərbaycan mediası nədən yazır

Manatı gözləyən təhlükə

“Azadlıq” qəzeti xatırladır ki, Mərkəzi Bank son iki ay ərzində manatın məzənnəsinin saxlanmasına 2.5 milyard dollar vəsait xərcləyib. Bu isə Mərkəzi Bankın valyuta ehtiyatının 15 faizinin xərclənməsi deməkdir. Yəni hazırda Mərkəzi Bankın sərəncamında 12 milyard 680 milyon dollar ehtiyat qalıb.

İqtisadçı Məhəmməd Talıblı bildirir ki, manatın bu formada saxlanması səhv siyasətdir: “Mərkəzi Bank manata dəstəyinin hesabına bu valyutanın dönərliyini həyata keçirir. Amma belə olmalı deyil. Manatın arxasında güclü istehsal və istehlak prosesi dayanmalıdır. Manatın məzənnəsinin süni yol ilə saxlanması onu göstərir ki, Azərbaycan iqtisadiyyatı güclü deyil. İqtisadiyyat dekorativ olaraq yaxşı görünür. Amma neft pulları olmayan zaman Azərbaycan iqtisadiyyatı yaxşı işləmir.”.

Bakı gözləyir, qubalılar isə almanı çaya tökür

Axar.az saytı yazır ki, hazırda Qubada almanın 1 kilosu 10-15 qəpiyə satılır. Bağbanların sözlərinə görə, alış qiyməti meyvənin yetişdirilməsinə və saxlanılmasına çəkilən xərcləri heç cür ödəmir.

“Bakı bazarlarında Quba alması heç də ucuz qiymətə satılmır. Məhsul yetişdirənlərin Rusiya bazarları ilə illərlə qurduqları əlaqə də bu məsələdə öz sözünü deyir. Hazırda şimal qonşumuzda yaşanan iqtisadi gərginlik qubalı sahibkarlardan daxili bazarlara diqqəti artırmağı tələb etsə də, buna maraqlı olmamaları həm paytaxtda Quba almasının bahalığına, həm də sahibkarların məhsulunun zay olmasına gətirib çıxarır”.

Azərbaycanda internet xidmətlərinin keyfiyyətinin pisləşməsi səbəbləri açıqlandı

İnternet trafikinin çatdırılması üçün köhnəlmiş ADSL texnologiyalarından istifadə edildiyi nəzərə alınarsa, son istifadəçilərin internetin keyfiyyətinin aşağı olması ilə bağlı şikayətləri tamamilə əsaslıdır.

Bu barədə Trend-ə Azərbaycan İnternet Cəmiyyətinin sədri Qalib Qurbanov bildirib.

Onun sözlərinə görə, ADSL ilə keyfiyyətli internet xidmətlərinin göstərilməsi texniki baxımdan mümkün deyil: "Provayder müştərilərə ADSL üzrə internetə normal girişin keyfiyyətini o zaman təmin edə bilər ki, ATS-də quraşdırılmış avadanlığın (DSLAM) tutumu 20-30 faiz yüklənsin, amma əgər yüklənmə 50 faiz və daha çox təşkil edəcəksə, onda keyfiyyət əhəmiyyətli dərəcədə azalacaq".

Qurbanov hesab edir ki, optik rabitə xətlərini əsas götürmək və onların bazasında magistral xətləri və son istifadəçilərə qədər xətləri tikmək lazımdır: "Təəssüf ki, Azərbaycanda genişzolaqlı giriş dedikdə qabaqcıl ölkələrin əksəriyyətində praktiki olaraq tətbiq edilməyən mənən köhnəlmiş ADSL texnologiyası nəzərdə tutulur. ADSL-lə internet şəbəkəsinə giriş optik kabelin çəkilişinin qeyri-mümkün olduğu müəyyən yaşayış məntəqələrində tətbiq edilə bilər”.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG