Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:33

Hakerlərin Ukrayna müharibəsi-Mətbuat icmalı


-

Ukrayna müharibəsində hakerlər də vuruşur. Onlar gözə görünməyən cəbhənin döyüşçüləridir. Onların əldə edə bilmədiyi çox az informasiya var.

Rusiyada əhali kütləvi şəkildə əmanətlərini banklardan çıxardır ki. pullarına nəsə alıb, xilas edə bilsinlər. Bu da bahalanma yaradır. Bahalanma isə sonda siyasi problem olacaq.

Rusiyadan təkcə kapital qaçmır, taxıl da qaçır. Hökumət bolşeviksayağı bunun qarşısını almağa çalışır.

Dünya mediasıbu gün nədən yazır?

BBC yazır ki, Ukrayna münaqişəsində görünməyən bir cəbhə var, bu da kiber müharibədir.

Bir neçə haker qrupu bu müharibəyə cəlb olunub. Onların əldə edə bilmədiyi heç nə yoxdur. Rəsmi sənədlərə, özəl kommunikasiyalara onlar asanlıqla çıxırlar.

Virtual döyüşçü dəstələri arasında ən tanınmışı Ukrayna Kiber Qoşunlarıdır. Başqa dəstələr Kiber Berkut və Beynəlxalq Anonimdir.

Onların hər üçü özlərini müstəqil, hökumətlə əlaqəli olmayan qrup adlandırır.

Ukraynapərəst haker qruplarının ən məşhuru Ukrayna Kiber Qoşunlarıdır. Bu qrupa Kiyevdəki proqramçı Yevhen Dokukin başçılıq edir. O bu yaxınlarda iddia edirdi ki, Rusiyanın daxili işlər nazirliyinin iki serverini yarıb və e-maillləri ələ keçirib və bunları Ukraynanın təhlükəsizlik xidmətinə verib. Ancaq Dokukin deyir ki, həmin təhlükəsizlik xidmətində bu məlumatları indiyə kimi analiz edə bilmirlər.

Qrupun ələ keçirdiyi35 qiqabayt informasiyadaRusiyanın Ukraynada yaralanan və geri qaytarılan hərbçiləri haqda məlumatlar var.

Ukrayna Kiber Qoşunları rusiyapərəst yaraqlıların onlarla internet saytına girişi qeyri-mümkün ediblər.

Bu dəstənin ən sevimli hücumu DDoS hücumudur. Dekabrda dəstə Krımın və Şərqi Ukraynanın printer şəbəkələrinə qoşulmuşdu və Putini təhqir edən məlumatlar çap edirdi.

Kiber Berkut qrupu isə Qərbin qəti əleyhinədir. Noyabrda ABŞ vitse-prezidenti BidenKiyevə səfər edəndə Kiber Berkut Ukrayna hökumətinin saytlarına girərək burda Biden əleyhinə şüarlar yazırdı.

Berkut iddia edir ki, Bidenin komandasından bir nəfərin mobil telefonuna gorərək məxfi sənədləri ələ keçiriblər. Həmin sənədlərdə Vaşinqtonun Kiyevə hərbi köməyi detallı göstərilir.

Kiber Berkut oktyabr parlament seçkilərində səslərin sayılması sistemini sırdan çıxartdığını, Ukraynanın müdafiə nazirliyinin sənədlərini ələ keçirdiyini, prezident Poroshenkonun saytını blok etdiyini iddia edir.

Beynəlxalq Anonim qrupu isə Kremlədəki sənədləri sızdırır və çap edir.Ancaq indiyədək məlum deyil ki, bu qrup sənədləri Kremldən kompüterləri yararaq ələ keçirir, yoxsa bu materialları Kremlin daxilindəki adamlaronlara ötürür.

BAHALANMA SİYASİ PROBLEMƏ ÇEVRİLİR

“Vedomosti” qəzeti yazır ki, iqtisadi böhran siyasi problemə çevrilə bilər. Rublun dollar nisbətən düşməyi panika yaratdı və bu, az qala kütləvi şəkildə əhalinin banklardakı əmanətlərini götürməsinə gətirdi.

Mərkəzi bankın məlumatına görə, bir həftədə dövriyyədəki pul 740 milyard rubl artıb. Dekabrın əvvəlindən dövriyyədə artan pul isə 1 trilyon rubldur. Bu pullar əhalinin banklardan çıxartdığı pullardır. Ekspertlər deyirlər ki, nəticədə bu il inflyasiya ikirəqmli olacaq. İqtisadçı Tixomirovun izahına görə,iqtisadiyyat tənəzzüldə olanda qiymətlərin artması staqflyasiyadır. 1990-cı illərin hamısı staqflyasiya şəraitində keçib. 2008-ci ildə də iqtisadi böhran idi, ancaq sonra inflyasiya artmağa başladı. 2009-cu ildən fərqli olaraq 2015-ci ildə qiymət artımı ola bilsin ki, dayanmasın.

Alfa-bank hesab edir ki, yaza inflyasiya 15 faizə çatacaq.

İndiki vəziyyət 2009-cu ildəkindən pis olacaq.

İqtisadi Ekspert Qrupunun rəhbəri Gurvich deyir ki,inflyasiya siyasi problem olacaq. Əhalinin ən həssas olduğu problem qiymət artımıdır. Qiymətlər isə tezliklə aşağı düşməyəcək.

Vedomosti yazır ki, rublun dəyərdən düşməsi öz gücünə görə Krımın Rusiyaya birləşdirilməsi hadisəsinə bərabərdir. “Yeni İqtisadi Artım” adlı təşkilatın rəhbəri Dmitriev deyir ki, ruslar ən çox unlyasiyadan və müharibədən qorxurlar.

Siyasətə görə əhali etiraza qalxmağa hazır deyil, ancaq iqtisadiyyata görə ayağa qalxmağa hazırdırlar.

HÖKUMƏT BOLŞEVİK KEÇMİŞİNƏ QAYIRIDIR

Nezavisimaya Qazeta yazır ki,hökumət çörəyin qiymətinin qalxmağını dayandırmağa çalışır.

Ancaq qeyri-rəsmi şəkildə taxıl ixracını məhdudlaşdırma cəhdi nəticə verməyə bilər. Hökumətin indi etdiyini qəzet vaxtilə bolşeviklərin qolçomaqların əlindən taxılın artığını almasına bənzədir.

Rusiyada sentyabrdan noyabra kimi taxılın daxili bazardakı qiymətləri 60 faiz qalxıb. Bunun ardınca un və çörək də bahalanır.

Taxılı xaricə satmaq mümkün olduğuna görə, istehsalçılar və ixrcatçılar taxılın qiymətini indi avro ilə, dollar ilə hesablayırlar. Onlar daxili bazarda taxılı köhnə qiymətlə satmağı soyğunçuluq hesab edirlər. Hökumət inzibati yollarla taxaılın Rusiyadan qaçmasının qarşısını almaq istəyir.

Qəzet yazır ki, xaricdə və daxildə qiymətlər arasında belə böyük fərq olanda axırıncı kiloqramına qədər taxılı xaricə çıxardacaqlar. Bunun belə olmayacğını düşünən sadəlövhdür.

XS
SM
MD
LG