Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:06

ABŞ BMT-də Şimali Koreyanı «yaşayan dəhşət» adlandırdı


ABŞ-ın BMT-dəki səfiri Samantha Power.
ABŞ-ın BMT-dəki səfiri Samantha Power.

Çin və Rusiya Şimali Koreyanın BMT Təhlükəsizlik Şurasında müzakirə olunması təklifinin əleyhinə səs veriblər.

-

Amerika Birləşmiş Ştatları və BMT Təhlükəsizlik Şurasının Qərbdən olan üzvləri Şimali Koreyada insan haqlarının vəziyyətini qətiyyətlə tənqid ediblər.

Bundan əvvəl keçirilən səsvermədə Çinin eturazlarına baxmayaraq, Şimali Koreyanın məsələsi Təhlükəsizlik Şurasının gündəliyinə daxil edilib.

ABŞ-ın BMT-dəki səfiri Samantha Power Şimali Koreyanı “yaşayan dəhşət” adlandırıb və Sony şirkətinə qarşı haker hücumlarının ABŞ-la birgə araşdırılması üçün Pxenyanın təklifini “cəfəngiyyat” kimi rədd edib.

Şimali Koreyanın məsələsinin Təhülkəsizlik Şurasının gündəliyinə daxil edilməsi ilə bağlı BMT-də nadir hallarda ehtiyac olan əlavə səsvermə proseduru keçirilib. Buna səbəb bu məsələnin, ümumiyyətlə gündəliyə daxil edilməsinə Çinin etirazı idi.

Yenə də Rusiya-Çin tandemi

Məsələnin gündəliyə salınmasına 11 səs verilib. Çin və Rusiya Şimali Koreyanın müzakirə olunması təklifinin əleyhinə səs veriblər.

Təhlilçilər bildirirlər ki, BMT TŞ-də buna bənzər son səsvermə 2006-cı ildə Birma məsələsinin gündəliyə salınması üçün lazım gəlib.

Şimali Koreya məsələsində yenilik bundan ibarətdir ki, əvvəllər Pxenyanın yalnız nüvə proqramı müzakirəyə çıxarılıbsa, indi bu ölkədə insan haqlarının vəziyyəti də müzakirə olunacaq.

Çin: Təhlükəsizlik Şurası insan haqları forumu deyil

Səsvermədən əvvəl Çinin BMT-dəki səfiri Liu Jieyi deyib ki, “Təhlükəsizlik Şurası insan hasqları kimi məsələnin müzakirəsi üçün forum deyildir”. Səfirin fikrincə, “TŞ mövcud eskalasiyaı gücləndirən hər hansı təşəbbüslərdən çəkinməldir”.

Səsvermədən dərhal sonra başlanan müzakirədə Avstraliya səfiri Gary Quinlan TŞ-nin qərarını “tarixi addım” adlandırıb.

“KXDR özünün və hakimiyyətdə olan təhdidçi hərbi aparatının mövcudiyyətini saxlamaq üçün öz vətəndaşlarına qarşı zorakılıq və repressiyalara əl atan totalitar bir dövlətdir, - deyib Quinlan, - Rejimin öz xalqına qarşı cinayətləri sözün əsl mənasında səbatsız bir ölkə yaradıb”.

Zorlanmadan doğulan uşağı itlərə yedizdiriblər

TŞ-də bazar ertəsi keçirilmiş iclasdan əvvəl, ötən həftənin cümə günü Baş Assambleya Şimali Koreyanın insanlığa qarşı cinayətlərinə görə Beynəlxalq Cinayətlər Məhkəməsinə verilməsinə baxılmasını rica etmişdi. Bu cinayətlər barədə BMT hesabatı bu ilin fevralında açıqlanıb.

Şimali Koreyanın diplomatları iclasın işində iştiralk etməyiblər. Pxenyan bildirir ki, insan haqlarına dair hesabat yalanlar üzərində qurulub və ölkənin Sony-yə haker hücumu ilə heç bir əlaqəsi yoxdur.

Samantha Power iclasda Şimali Koreyanın düşərgələrindən qaça bilənlərin dəhşətli şəhadətlərindən misallar gətirib. Pxenyan bu iddiaların da qondarıldığını deyir.

“22 nömrəli Həbs düşərgəsinin sabiq keşikçisi Ahn Myong Chul məhbusların tez-tez zorlandıqlarını bildirib, -deyib Power, - belə hadisələrdən biri zamanı zorlanmadan hamilə olan qadının doğduğu körpəni bişirərək itlərə yedizdirblər”.

Xanım Power həmçinin Sony şirkətinə haker hücumunun birgə araşıdırlması üçün Şimali Koreyanın təklifini rədd edib.

Şimali Koreya təklifinin rədd olunacağı təqdirdə ABŞ-a hücum edəcəyi ilə hədələmişdi.

İş çətin ki, məhkəməyə çatsın

ABŞ səfiri BMT İnsan Haqları Komissiyasının tövsiyələrini nəzərə alaraq Şimali Koreyanın Beynəlxalq Cinayətlər Məhkəməsinə verilməsinə çağırıb.

BMT Komissiyasının hesabatında bildirilir ki, Şimali Koreyanın həbs düşərgələrində törədilən işgəncə, aclıq və qətlləri yalnız faşist dövründə baş verənlərlə müqayisə etmək oplar.

Baş katibin insan haqları üzrə köməkçisi Ivan Simonovic deyib kİ, hər hansı ölkənin cinayətləri barədə bu qədər geniş hesabat TŞ-yə ilk dəfədir, təqdim olunur.

Təhlilçilər TŞ-dəki müzakirələrin Şimali Koreyanın soyqırımı və bəşəriyyətə qarşı cinayətlərə baxan BCM-ə verilməsi ilə nəticələnəcəyinə inanmırlar. Onların fikrincə Çin TŞ-nin qərarına veto qoya bilər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG