Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:29

Rusiya: NATO Ukraynanı «cəbhə xətti»nə çevirir


Minskdə bağlı qapılar arxasında keçirilən danışıqlar nəticəsiz başa çatıb.
Minskdə bağlı qapılar arxasında keçirilən danışıqlar nəticəsiz başa çatıb.

-

Moskva bəyan edib ki, NATO Ukraynanı “qarşıdurmanın cəbhə xətti”nə çevirir və hadisələrin bu istiqamətdə inkişafı Rusiyanı şimal alyansı ilə olub-qalan əlaqələrini kəsməyə vadar edir.

Ukrayna parlamentinin ölkənin “bloklara qoşulmamaq” stastusunu ləğv etmək barədə ötən çərşənbə qəbul etdiyi qanun Rusiya ilə Qərb arasında münasibətləri gərginliyin yeni yüksəkliyinə qaldırıb.

Təhlilçilər bildirirlər ki, hazırda Qərb-Rusiya münasibətləri Soyuq Müharibə illərində olduğu qədər gərgindir.

Antonov : “Kiyevi NATO vadar edir”

Rusiya müdafiə nazirinin müavini Anatoly Antonov deyib ki, “Kiyevi bu əks-nəticə verəcək addımı atmağa NATO ölkələri vadar edib və onların məqsədi Ukraynanı Qərb və Rusiya arasında qarşıdurmanın cəbhə xəttinə çevirməkdir”.

Nazir müavini “İnterfax” xəbər agentliyinə müsahibəsində deyib ki, “əgər bu qərar hərbi xarakter alarsa, biz buna müvafiq şəkildə cavab verəcəyik. Sonra isə NATO ilə bütün əlaqələr elə kəsiləcək ki, onların bərpası mümkün olmayacaq”.

Qərb mətbuatı yazır ki, Ukraynanın NATO-ya üzv olmaq üçün lazımi texniki tələblərə cavab verməsinə illər lazım gələ bilər və hətta bundan sonra da alyansın belə bir kəskin siyasəti qəbul edib-etməyəcəyi qeyri-müəyyəndir.

Moskva bu qənaətdədir ki, uzun sərhədə malik olduğu Ukrayna kimi nəhəng post-sovet respublikasının NATO üzvlüyünə qəbul edilməsi Rusiya üçün birbaşa təhlükə təşkil edəcək.

“Bu, Nato və Kiyevə aid bir məsələdir”

Adının çəkilməsini istəməyən NATO rəsmisi Britaniya mətbuatına bildirib ki, hansı xarici siyasəti seçmək Ukraynanın yalnız özünə aid bir işdir.

“Əgər Ukrayna NATO üzvlüyü üçün müraciət etsə, onda alyans onun təşkilata qoşulması məsələsinə hər hansı başqa bir namizdədin müraciəti kimi baxacaq - deyib rəsmi, - Bu, NATO və alyansa qoşulmağı arzulayan ölkə arasında olan bir məsələdir”.

NATO iddia edir ki, Rusiya Ukraynanın şərqindəki Moskva yönlü separatçılara silahla və canlı qüvvə ilə dəstək verir. Alyans bununla əlaqədar artıq özünün Şərqi Avropadakı mövcudiyyətini gücləndirib.

Moskva bu iddiaları rədd edir və hazırda Kiyev və separatçılarla birlikdə böhranın dinc yolla həlli üçün danışıqlara qatılıb.

Bağlı qapılar arxasında

Bu məqsədlə çərşənbə günü Minsk şəhərində “əlaqə qrupunun” növbəti görüşü keçirilib.

Əlaqə qrupuna həmçinin ATƏT-dən və Avropa İttifaqından olan beynəlxalq müşahidəçilər daxildir.

Mediada yayılan xəbərlərdə deyilir ki, bağlı qapılar arxasında keçirilımiş danışıqlar nəzərəçarpacaq tərəqqi əldə edilmədən başa çatıb.

Bundan əvvəl, sentyabrın 5-də Minskdə elan edilmiş atəşkəs isə, barəsində razılaşma əldə ediləndən hər iki tərəfdən pozulmaqda davam edir.

Danışıqlarda qiyamçıları təmsil edən Denis Pushilin bildirib ki, görüşün ikinci dövrəsi qarşıdan gələn cümə günü keçiriləcək.

Bu danışıqlarda ağır silahların və texnikanın təmas xəttindən geri çəkilməsi barədə razılaşma əldə olunmalı idi.

Hərbi texnika geri çəkildikdən sonra əsirlərin dəyişdirilməsi və Ukraynanın qiyamçıların nəzarətində olan hissəsinin blokadasına son qoyulması baş verməldir.

Kiyev separatçı regiona müavinətləri dayandırıb

Lakin Ukrayna hökuməti qiyamçıların nəzarətində olan ərazilərdə əhalinin müavinətlərini ödəməkdən imtina edir. Müavinətlərin ödənilməsi noyabrın 2-dən dayandırılıb.

ATƏT-in məlumatına görə bu danışıqlarda həmçinin humanitar yardım məsələsi gündəlikdə olmalı idi.

Amnesty İnternational təşkilatı Ukrayna könüllü batalyonlarını ərzaq və dava-dərmanın şərqdəki insanlara çatdırılmasının qarşısını almaqda ittiham edib.

Təşkilat bildirib ki, Dnipro-1 və Aydar batalyonları Donetsk və Luqanska gedən bütün yolları bağlayıblar.

Separatçılar xüsusi statusdan danışırlar

Ukraynanın xarici işlər naziri Pavel Klimkin deyib ki, son danışıqlarda 5 sentyabr razılaşmalıarının yerinə yetirilməsi müzakirə olunub.

Baş nazir Arseniy Yatsenyuk bildirib ki, razılaşmalar nə qədər tez icra olunsa, Ukrayna hakimiyyəti də bir o qədər çevikliklə Donbas regionu üzərində nəzarətini bərpa edə və humanitar fəlakətin nəticələrini aradan qaldıra bilər.

O deyib ki, Donbas regionunda yaranmış humanitar böhrana səbəb Moskvanın Minsk razılaşmalarına əməl etməməsidir.

“Bizim Donbasa girişimiz yoxdur” – deyib baş nazir.

Maraqlıdır ki, danışıqlardan əvvəl separatçılar gündəliyə Donbas regionuna xüsusi status verilməsi tələbinin salınmasına nail olmağa çalışacaqlarını bildirmişdilər.

Bundan əvvəl onlar bölgəyə az qala müstəqillik istəyirdilər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG