Keçid linkləri

2017, 23 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 07:01


Minskdə Avropa təhlükəsizlik və əməkdaşlıq təşkilatı, Ukrayna və Rusiya nümayəndələrinin sülh danışıqlarının növbəti raundu bitib.

"İnterfaks"ın məlumatına görə görüş qapalı rejimdə keçib.

Görüşdə ATƏT-inxüsusi nümayəndəsi Haydi Talyavini,Ukraynanın eks prezidenti Leonid Kuçma və Rusiyanın Kiyevdəki səfiri Mixail Zurabov iştirak edib.

Qondarma Donetsk və Luqans Xalq Respublikasının təmsilçsiləri - Denis Puşilin və Vladislav Dayneqo da görüşə qatılıb.

Öncədən verilən məlumata görə görüşdə tərəflərin atəşkəs məsələsi, separatistlərin idarə etdiyi ərazilərə humanitar hərbi yardımın çatdırılması ilə bağlı müzakirələrin aparılması nəzərdə tutulmuşdu.

Növbəti görüşün dekabrın 26-da, Belarusiyada keçirilməsi planlaşdırılıb.

XS
SM
MD
LG