Keçid linkləri

2017, 22 Oktyabr, bazar, Bakı vaxtı 10:46

Rublun dollara nisbətən aşağı düşməsi dayanıb


Rus rublu

Rusiyada rublun dollara nisbətdə sürətlə aşağı düşməsi qismən də olsa dayanıb. Dekabrın 17-də Moskvada 1 dolları 62 rubla dəyişmək mümkün olub, amma bu durum heç də qalıcı deyil.

Vəziyyətə təsir edən amil Maliyyə nazirliyinin 7 milyard dəyərində valyuta qalıqlarını satacağını elan etməsi olub. Həm də bu hadisə president Putinin dekabrın 18-ə planlaşdırılan mətbuat konfransı ilə üst-üstə düşür.

Bu ilin əvvəlindən bu yana dollara nisbətdə rubl öz dəyərini yarıbayarı itirib. Buna səbəb dünya bazarında neftin qiymətinin aşağı düşməsi və Ukraynadakı fəaliyyətinə görə Qərbin bu ölkəyə yürütdüyü sanksiyalardır.

Günün bütün mövzuları

XS
SM
MD
LG