#MM «Rusiyadan qayıdan azərbaycanlılar layihə ilə müraciət etsinlər» http://t.co/OdwxAh8r0H http://t.co/Z4wGFCzCG9
— AzadliqRadiosu (@RadioAzadliq) 16.12.2014
«Ailə, Qadın və Uşaq problemləri Komitəsinə əlavə səlahiyyət verilməlidir»
Deputat Fazil Mustafa: «Azərbaycanda son vaxtlar məişət zəminində cinayət halları artır. Bəlkə Ailə, Qadın və Uşaq problemləri Komitəsinə əlavə səlahiyyət verilsin ki, onlar münaqişəli ailələrə müdaxilə edə bilsinlər. Həm də sahə müvəkkiləri bu işdə aktiv olsun, araşdırılsın ki, hansı ailədə narkoman, hansında alkoqolik var, önləyici tədbirlər görülsün. Bunu etməsək ailə institunda ciddi problemlər yaşanacaq».
Milli Məclis Azərbaycanla Rusiya arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında sazişi qəbul edib
Milli Məclis Azərbaycan hökuməti ilə Rusiya hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında sazişi qəbul edib. Sazişdə deyilir ki, tərəflər öz ərazisində sərmayələrin həyata keçirilməsi üçün əlverişli şərait yaradır. İki ölkə arasındakı sərmayələr milliləşdirilə, məcburi müsadirə hallarına məruz qala bilməz. Amma sazişdə istisna hallar var ki, bu zaman bazar qiymətlərinə uyğun və dollar ekvivalenti ilə kompensasiya ödənilməsi nəzərdə tutulur.
Hərbi qulluqçuların icbari sığortası ilə bağlı edilən dəyişikliyə görə, sığortaçı müvafiq icra hakimiyyəti orqanları ilə sığorta müqaviləsi bağlamaqdan imtina edə bilməz. Digər dəyişikliyə görə, sığortaçı sığorta ödənişini gecikdirdikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir.
#MM Deputat avtobuslarda xüsusi cihazlar quraşdırmağı təklif edir http://t.co/JV2icdw7yK http://t.co/i4ABN57iIk
— AzadliqRadiosu (@RadioAzadliq) 16.12.2014