Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:49

Milli Məclis media qanununu sərtləşdirdi

Dekabrın 16-da Milli Məclisin növbəti iclası keçirilib. Gündəliyə 30 məsələ daxil idi.

Həmçinin, «Dövlət əmlakının özəlləşdirilməsi haqqında», «İnformasiya vermək haqqında», «Yol hərəkəti haqqında», «Kütləvi informasiya vasitələri haqqında», «Dərman vasitələri haqqında» qanunlara, İnzibati Xətalar, Su və Miqrasiya məcəllələrinə dəyişikliklər müzakirə olunub.

Kütləvi informasiya vasitələrinin istehsalına və yayımına xitam verilməsi qaydası dəyişdirilib. «Kütləvi informasiya vasitələri haqqında» qanuna təklif olunan dəyişikliklərə əsasən, media orqanı il ərzində məhkəmənin qərarı ilə 2 dəfə məsuliyyətə cəlb edildikdə onun istehsalına və yayımına xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırılacaq. Hazırkı qanunda iddianın qaldırılması üçün tələb olunan məsuliyyətə cəlb edilmə hallarının sayı 3-ə bərabərdir. Dəyişiklik barədə qanun layihəsini Milli Məclisə prezident təqdim edib.

AzadlıqRadiosu müzakirəni izləyərək canlı bloqu daim yeniləyir. Ən yeni xəbərlər bloqun əvvəlində yerləşdirilir. Mətndən aşağıda göy rəngli «davamı» düyməsini basmaqla bloqu vərəqləmək, əvvəlki postlarla da tanış olmaq mümkündür.

12:55 16.12.2014

«Beynəlxalq təşkilatlarda Azərbaycanın maliyyələşdirdiyi tərcüməçilər çalışmalıdır»

Deputat Musa Quliyev
Deputat Musa Quliyev

Milli Məclisin 16 dekabr iclasında millət vəkili Musa Quliyev təklif edib ki, beynəlxalq təşkilatlarda Azərbaycan dilindən istifadə olunsun:

«Nümayəndə heyətimizin öz dilində çıxış etməsinin vaxtı çatıb. Bunun üçün gələn ilin büdcəsindən vəsait ayrılmasını da nəzərdə tutmaq olar. Yetər ki, bütün beynəlxalq təşkilatlarda Azərbaycanın maliyyələşdirdiyi tərcüməçilər çalışsın, Azərbaycan dilində də çıxışlar olsun».

Spiker Oqtay Əsədov deputatın təklifini dəstəklədiyini bildirib: «Yaxşı ideyadır, beynəlxalq təşkilatlarla danışıb həll etmək olar».

12:56 16.12.2014

Milli Məclisin üzvü Asəf Hacıyev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının baş katibi seçilib.

13:10 16.12.2014

«Dağlıq Qarabağ məsələsində Rusiya öz sözünü deməlidir»

Deputat Vahid Əhmədov
Deputat Vahid Əhmədov

«Türkiyə və Rusiyada aviasiya neftinin qiymətində çox ciddi qiymət düşümləri baş verir» deyən millət vəkili Vahid Əhmədov Azərbaycanda bunun hiss olunmadığını bildirib. Millət vəkili deyib ki, Tarif Şurası bunu nəzərə almalıdır.

V. Əhmədov son zamanlar Rusiya və Azərbaycan arasında əlaqələrin inkişaf etdiyini də vurğulayıb: «Bu, sevindirici haldır. Lakin Dağlıq Qarabağ məsələsində Rusiya öz sözünü deməlidir və Azərbaycana güzəştə getməlidir. Çünki Azərbaycan Rusiyaya çox güzəştə gedir».

Vahid Əhmədov onu da qeyd edib ki, bu gün neftin qiyməti 60 dollara yaxınlaşır, bununla bağlı qonşu Gürcüstanda, Rusiyada, hətta Türkiyədə benzinin qiymətində ciddi enmələr baş verir: «Azərbaycan Aİ-95 markalı premium benzini xaricdən idxal edir. Hesab edirəm ki, İqtisadi İnkişaf Nazirliyi və Tarif Şurası benzinin qiyməti məsələsinə baxmalıdır».

Deputat həmçinin dərman vasitələri ilə bağlı da fikirlərini bildirib. «Ölkəyə dərman gətirilməsi monopoliayadır. Bunu hər kəs bilir. Hnasısa sahibkar istəsə, gedib Türkiyədən və ya başqa yerdən dərman gətirə bilməz. Təklif edilən dərman təchizatı ilə bağlı qanun layihəsi qaranlıq görünür. Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi necə olacaq? Bu qanun dərmanların qiymətinə təsir etməyəcək. Əgər biz Rəqabət Məcəlləsini qəbul etsək, dərmanların qiyməti düşəcək. Bu qanun layihəsinin üzərində hələ işləmək lazımdır».

Davamı

XS
SM
MD
LG