Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 08:39

Milli Məclis media qanununu sərtləşdirdi

Dekabrın 16-da Milli Məclisin növbəti iclası keçirilib. Gündəliyə 30 məsələ daxil idi.

Həmçinin, «Dövlət əmlakının özəlləşdirilməsi haqqında», «İnformasiya vermək haqqında», «Yol hərəkəti haqqında», «Kütləvi informasiya vasitələri haqqında», «Dərman vasitələri haqqında» qanunlara, İnzibati Xətalar, Su və Miqrasiya məcəllələrinə dəyişikliklər müzakirə olunub.

Kütləvi informasiya vasitələrinin istehsalına və yayımına xitam verilməsi qaydası dəyişdirilib. «Kütləvi informasiya vasitələri haqqında» qanuna təklif olunan dəyişikliklərə əsasən, media orqanı il ərzində məhkəmənin qərarı ilə 2 dəfə məsuliyyətə cəlb edildikdə onun istehsalına və yayımına xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırılacaq. Hazırkı qanunda iddianın qaldırılması üçün tələb olunan məsuliyyətə cəlb edilmə hallarının sayı 3-ə bərabərdir. Dəyişiklik barədə qanun layihəsini Milli Məclisə prezident təqdim edib.

AzadlıqRadiosu müzakirəni izləyərək canlı bloqu daim yeniləyir. Ən yeni xəbərlər bloqun əvvəlində yerləşdirilir. Mətndən aşağıda göy rəngli «davamı» düyməsini basmaqla bloqu vərəqləmək, əvvəlki postlarla da tanış olmaq mümkündür.

21:30 16.12.2014
A.Abbas: «Prezident qəzetlərə pul verir ki, mənim əleyhimə yazın»
A.Abbas: "Prezident qəzetlərə pul verir ki, mənim əleyhimə yazın"
Gözlə

No media source currently available

0:00 0:03:56 0:00

15:17 16.12.2014

Parlament KİV haqqında qanuna təklif edilən dəyişikliyi qəbul elədi

Dəyişikliklərə görə, müvafiq icra hakimiyyəti orqanı KİV-in xarici ölkənin dövlət orqanı, fiziki və ya hüquqi şəxsi tərəfindən qanuna zidd şəkildə maliyyələşdirilməsi aşkar ediləndə və məhkəmə qərarı ilə qərəzli yazılara görə il ərzində 2 dəfə məsuliyyətə cəlb ediləndə onun istehsalı və yayımına xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırılır.

Digər dəyişikliyə görə, əvvəl təsis edilmiş digər mətbu nəşrlə eyni və ya oxşar ada malik olan mətbu nəşrlərin təsis edilməsinə yol verilmir.

14:59 16.12.2014

«Prezidentə müraciət ünvanlayanlar qanunların çeynənilməsini gözləyirlər»

Deputat Bahar Muradova
Deputat Bahar Muradova

Deputat Bahar Muradova: «Xədicə İsmayıl öz əməllərinə görə cavab verməlidir. O, kimisə intihar həddinə gətirib çıxardığı üçün məsuliyyət daşıyır.

Ölkə başçısına mürəciət ünvanlayanlar gözləyirlər ki, prezident bütün qanunları çiynəyib onu azad etsin. Nəyə görə? »

Davamı

XS
SM
MD
LG