«Həmsədrlərin işğal olunmuş ərazilərə Ermənistandan getməsinə son qoyulmalıdır»
Parlamentin 16 dekabr iclasında çıxış edən deputat Bəxtiyar Əliyev bildirib ki, Minsk qrupunun həmsədrlərindən olan ABŞ Dağlıq Qarabağı işğal altında saxlayan separatçı rejimə hər il maliyyə yardımı ayırır:
«Avropa Şurası Parlament Assambleyasının 2005-ci ilin yanvarında qəbul etdiyi qətnamədə açıq-aydın formada qeyd olunub ki, Dağlıq Qarabağ separatçı rejimin nəzarəti altındadır. Bu gün isə ABŞ həmin separatçı rejimi maliyyələşdirir. Məhz belə hallar sülh danışıqlarını dalana dirəyib. Azərbaycan və Ermənistan arasında vasitəçilik edən ATƏT-in Minsk qrupu həmsədrləri daimi qeyd edirlər ki, tərəflər arasında qarşılıqlı etimad yaradılmalıdır».
Deputatın dediyinə görə, Minsk qrupu həmsədrləri özləri isə nədənsə heç bir iş görmür, əksinə, vəziyyəti daha da qəlizləşdirirlər, işğal altındakı ərazilərə Ermənistandan səfər edirlər:
«Bu vəziyyəti aradan qaldırmaq lazımdır. 1990-cı illərin sonlarında ABŞ-dan olan həmsədrin təşəbbüsü ilə işğal olunmuş ərazilərə səfər Ağdam rayonu ərazisindən olmuşdu. Yəni, Azərbaycanın işğal altında olmayan ərazisindən işğal altındakı ərazilərə getdilər və geri qayıtdılar. Bu, qarşılıqlı etimadın yaradılması və sülhün əldə olunması üçün ən effektiv metoddur. Biz nəyə görə ATƏT-in Minsk qrupu həmsədrlərindən bunu tələb etmirik? Niyə onlara demirik ki, Azərbaycanın işğal olunmuş ərazisinə Ermənistandan deyil, Azərbaycan ərazisindən gedin?».
#MM İl ərzində barəsində 2 dəfə məhkəmə qərarı verilən KİV orqanın bağlaması hüquqa ziddir. http://t.co/SCUAdzPQHO http://t.co/FuTAL7yiZ5
— AzadliqRadiosu (@RadioAzadliq) 16.12.2014
«Prezidentə müraciət ünvanlayanlar qanunların çeynənilməsini gözləyirlər»
Deputat Bahar Muradova: «Xədicə İsmayıl öz əməllərinə görə cavab verməlidir. O, kimisə intihar həddinə gətirib çıxardığı üçün məsuliyyət daşıyır.
Ölkə başçısına mürəciət ünvanlayanlar gözləyirlər ki, prezident bütün qanunları çiynəyib onu azad etsin. Nəyə görə? »
#MM «Avropa Azərbaycanda mətbuatın dərdində deyil» http://t.co/o1jYBhWJgI http://t.co/2g0RQ7QXxX
— AzadliqRadiosu (@RadioAzadliq) 16.12.2014