Keçid linkləri

2017, 27 Sentyabr, çərşənbə, Bakı vaxtı 00:16

Drezdendə 15 min vətəndaş antiislam xarakterli aksiya keçirir


Drezden

-

Drezdendə (Almaniyanın şərqində) 15 min vətəndaş antiislam xarakterli aksiya keçirir. Aksiyaya Saksoniya, Münhen və Berlindən də qatılanlar var.

Aksiyanı Drezdendə yaranmış «Vətənpərvər avropalılar Qərbin islamlaşmasına qarşı» (Pegida) adlı təşkilat keçirir. Bu, təşkilatın bu yöndə keçirdiyi doqquzuncu aksiyadır.

Bu partiya Almaniya hökumətindən immiqrasiya siyasətinin sərtləşdirilməsini və avrodan imtina etməyi tələb edir.

Suriya və İraqdakı müharibələrə görə sığınacaq istəyənlərin sayı kəskin artdığından Almaniyada immiqrasiya mövzusu bu ilin ən gərgin müzakirə edilən məsələsinə çevrilib.

Qəbul etdiyi sığınacaq istəyənlərin sayına görə Almaniya Avropa ölkələri arasında 1-ci yerdədir.

Almaniya rəsmilərinin hesablamalarına görə, 2014-cü ildə ölkədə sığınacaq almaq üçün müraciət edənlərin sayı 2013-cü ilə nisbətən 127 min artaraq 200 minə çatacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG