Keçid linkləri

2017, 26 Aprel, çərşənbə, Bakı vaxtı 06:31


Bazar ertəsi amerika qanunverici orqanları ABŞ prezidenti Barak Obamanı Konqresin ötən həftə Ukraynaya hərbi yardım göndərməklə bağlı qəbul etdiyi qanun layihəsinivə Rusiyaya qarşı yeni sanksiyaların tətbiq edilməsini imzalamağa çağırıb.

Xarici Əlqələr Komitəsinin sədri Robert Menendez bu sənədin qüvvəyə minməsinin Ukrayna xalqı üçün bir zəfər olacağını bildirib.

Eyni bəyanatla nümayəndələr palatasının spikeri Con Beyner də çıxış edib.

Ağ Evin mətbuat katibi Coş Ernest bildirib ki, prezident adminstrasiyasında qanun layihəsinə baxılır, lakin onun imzalanması ilə bağlı son qərar qəbul olunmayıb. Coş Ernestin sözlərinə görə bu məsələ artıq neçə gündür ki, Ağ Evdə müzakirə olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG