Keçid linkləri

2017, 19 Fevral, bazar, Bakı vaxtı 15:51

Turxan Kərimov Bakı şəhər Baş Polis İdarəsinə çağrılıb


Turxan Kərimov

Turxan Kərimov

AzadlıqRadiosunun əməkdaşı Turxan Kərimov dekabrın 10-da Bakı şəhər Baş Polis İdarəsinə çağırılıb. Onunla polis kapitanı Emin Abbasov görüşüb. Turxan Kərimov AzadlıqRadiosuna deyib ki, ondan bölməyə aparılan zaman xüsusi zorakılıq, təzyiq olub-olmamağını soruşulub. Saxlanıldığı zaman baş verənlərdən izahat yazmasını xahiş olunub:

“Mən izahatda baş verənlərlə bağlı Daxili İşlər Naziri Ramil Usubova müraciət olunduğunu və həmin müraciətdə baş verənlərin detallı təsvir olunduğunu qeyd etdim”.

Noyabrın 28-də AzadlıqRadiosunun əməkdaşı Turxan Kərimov bir qrup mülki geyimli şəxslər tərəfindən oğurlanaraq polis şöbəsinə aparıblar. Polis rəisi onunla söhbət edəndən sonra jurnalisti sərbəst buraxıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG