Keçid linkləri

Təcili xəbərlər
2021, 17 İyun, Cümə axşamı, Bakı vaxtı 00:51

1.7 milyon suriyalı qaçqına ərzaq yardımı ertələnir


Suriya

Ümumdünya Ərzaq Proqramı (ÜƏP) maliyyə böhranı səbəbindən 1.7 milyonluq suriyalı qaçqına ərzaq yardımını müvəqqəti dayandırıb.

BMT-nin Romada mənzillənən bu agentliyi dekabrın 1-də bildirib ki, proqramla İordaniya, Livan, Türkiyə, İraq və Misirdəki qaçqınlara mağazalardan ərzaq almaq üçün vauçer verilirdi. Agentliyin məlumatına görə, regionda sərt qışa dözmək üçün çarpışan adamlara bu yardımı kəsməyin nəticəsi «dağıdıcı» ola bilər. Agentlik bir çox suriyalı ailənin «ac qalacağını» bildirib.

ÜƏP-in icraçı direktoru Ertharin Cousin deyib ki, agentliyin ancaq dekabrda suriyalı qaçqınları saxlamağa 64 milyon dollar lazımdır.

3 il öncə prezident Bashar al-Assad-a qarşı üsyan başlanandan, Suriyadan 3.2 milyon nəfər qaçıb, 7.6 milyon isə ölkə daxilində köçkünə çevrilib.

XS
SM
MD
LG