Keçid linkləri

Təcili xəbərlər
2021, 15 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:20

İranın nüvə danışıqları gələn ilin iyuluna uzadıldı


Avstrya,Vyana danışıqları

İran və altı dövlət Tehranın nüvə proqramına dair danışıqların vaxtını uzadıb. Razılaşmanın əldə olunması üçün son tarix noyabrın 24-də başa çatıb.

ABŞ Dövlət katibi John Kerry Vyana danışıqlarında “real və əsaslı irəliləyiş” əldə olununduğunu deyib. İran prezidenti Hassan Rohani bildirib ki, danışıqlar fikir ayrılıqlarını “kiçildib” və mövqeləri “yaxınlaşdırıb”.

Diplomatlar söyləyir ki, altı günlük yüksək səviyyəli danışıqlarda əldə olunan məhdud razılaşmaların şərtlərinə görə, martın 1-dək siyasi saziş tamamlanmalıdır. Yekun detallar isə iyulun 1-dək imzalanmalıdır.

Artıq ikinci dəfədir Tehranın nüvə proqramı üzrə danışıqların vaxtı uzadılır. Nüvə mübahisəsi 12 ildir gedir. Qərb dövlətləri Tehranın atom silahlı hazırlaya biləcəyindən ehtiyatlanır. Tehrana iqtisadi sanksiyalar İranın iqtisadiyyatına ziyan vurub.

XS
SM
MD
LG