«Nə itirsən, bu bazardan tapa bilərsən», elə-belə deməyiblər ki! Sovetlərdən bəri bu bazarı müxtəlif adlarda çağırdılar. Kimi «Kolxoz bazarı», kimi «İkinci əl bazarı» dedi. Bu bazar illərdir ki, kasıb-kusubun əlindən tutur. Oradan-buradan əldə etdiyini satmağa gələnlərin sığınacaq yeridir. Sabunçu qəsəbəsində, Vağzalın yaxınlığında yerləşən və «rus bazarı» adlanan ərazidən Famil Mahmudbəylinin çəkdikləri.
Sabunçuda «Rus bazarı»
25
"Alver vaxtı bu çöllükdə həmdəmim elə isti çaydır. Satış olanda hərəkətdə olursan, qızışırsan. Nə etmək olar bu yaşımda? Başqaları ilə müqayisədə yerpulu burada ucuzdur deyə, alış-verişlə çörəkpulu qazanıram. Hələki alver zəifdir, soyuq olmasın deyə, gətirdiyim "termos" çayımı içə-içə müştərimi gözləyirəm".
26
"Uzun illərdir toyuq-cücə alverini edirəm. Bərəkət elə toyuq cücədədir - yumurtası, tükü, əti...(gülür) diri-diri də satıram..."
27
28