«Nə itirsən, bu bazardan tapa bilərsən», elə-belə deməyiblər ki! Sovetlərdən bəri bu bazarı müxtəlif adlarda çağırdılar. Kimi «Kolxoz bazarı», kimi «İkinci əl bazarı» dedi. Bu bazar illərdir ki, kasıb-kusubun əlindən tutur. Oradan-buradan əldə etdiyini satmağa gələnlərin sığınacaq yeridir. Sabunçu qəsəbəsində, Vağzalın yaxınlığında yerləşən və «rus bazarı» adlanan ərazidən Famil Mahmudbəylinin çəkdikləri.
Sabunçuda «Rus bazarı»
29
Bura bazarın zibillik olan yeridir. Yerlərin qiyməti 1 manat - olsa da, amma alver yaxşı getmir. Çünki natəmizlik, pis qoxu olduğundan müştərilər çox vaxt bu tərəfə gəlmirlər.
30
Bazarın sonucu zibillik olduğundan bu hissəsinə çox adam gəlmir. Odur ki, ticarətçilər bazarın gur yerində yer tuturlar. Adam çox gəlmədiyindən zibilliyin yanında yerpulu 1 manatdır.