«Nə itirsən, bu bazardan tapa bilərsən», elə-belə deməyiblər ki! Sovetlərdən bəri bu bazarı müxtəlif adlarda çağırdılar. Kimi «Kolxoz bazarı», kimi «İkinci əl bazarı» dedi. Bu bazar illərdir ki, kasıb-kusubun əlindən tutur. Oradan-buradan əldə etdiyini satmağa gələnlərin sığınacaq yeridir. Sabunçu qəsəbəsində, Vağzalın yaxınlığında yerləşən və «rus bazarı» adlanan ərazidən Famil Mahmudbəylinin çəkdikləri.
Sabunçuda «Rus bazarı»
13
14
Özəlliklə də şənbə-bazar günü bazarda adam çox olur. Elə bunu bilən satıcılar toyuq-cücə, mer-meyvə də satırlar.
15
"Almaları Qubadan gətirirəm. Adətən deyirlər ki, aşpaz çox vaxt öz bişirdiyini doyunca yeyə bilmir. Çünki yeməyin yanında axşama kimi iy vurur. Mən isə bax bu qırmızı növü çox sevirəm və hərdən də yeyirəm. Baxmayaraq ki, alma çeşidlərim cürbəcürdür, bu almaya "almaların şahı" adını vermişəm".
16
"2-3 ildir bu bazardayam, tərəvəz satıram. Hərdən də ucuz qiymətə pal-paltar gətirən olur. Seçirəm, satmaq üçün tərəvəzlərimin yanına qoyuram. Burada alma satanla, radioelektirik malları satanı birlikdə görəndə, təəccüblənməyin. Biz satıcılar bu bazara həftəbecər də deyirik (gülür)".