«Nə itirsən, bu bazardan tapa bilərsən», elə-belə deməyiblər ki! Sovetlərdən bəri bu bazarı müxtəlif adlarda çağırdılar. Kimi «Kolxoz bazarı», kimi «İkinci əl bazarı» dedi. Bu bazar illərdir ki, kasıb-kusubun əlindən tutur. Oradan-buradan əldə etdiyini satmağa gələnlərin sığınacaq yeridir. Sabunçu qəsəbəsində, Vağzalın yaxınlığında yerləşən və «rus bazarı» adlanan ərazidən Famil Mahmudbəylinin çəkdikləri.
Sabunçuda «Rus bazarı»
17
18
Bir vaxtlar "Tarqovı" kimi tanınan yerin əvvəlki tacirləri də satış nöqtələri bağlandıqdan sonra, bu bazara üz tutublar.
19
20
"Sovet vaxtından 1994-cu ilə kimi Böyük Şor deyilən ərazinin yaxınlığındakı ayaqqabı fabrikində işləmişəm. O fabrik nəinki Bakının, Azərbaycanın bir çox bölgələrini ayaqqabı ilə təmin edirdi. Fabrik dayandırıldı, Türkiyəyə, xarici mallara üz tutduq. Son ünvanım isə bu bazar oldu - həm ayaqqabı, həm də 1001 xırdavat satıb dolanıram".