«Nə itirsən, bu bazardan tapa bilərsən», elə-belə deməyiblər ki! Sovetlərdən bəri bu bazarı müxtəlif adlarda çağırdılar. Kimi «Kolxoz bazarı», kimi «İkinci əl bazarı» dedi. Bu bazar illərdir ki, kasıb-kusubun əlindən tutur. Oradan-buradan əldə etdiyini satmağa gələnlərin sığınacaq yeridir. Sabunçu qəsəbəsində, Vağzalın yaxınlığında yerləşən və «rus bazarı» adlanan ərazidən Famil Mahmudbəylinin çəkdikləri.
Sabunçuda «Rus bazarı»
9
Burada elə satıcılar var ki, onların yeri hamıya əvvəldən məlumdur. Elə adamlar da var ki, yerə nəsə sərib, bazar müdirliyinə də 2 manat verib alverini edir.
10
"Nə itirsən, bu bazardan tapa bilərsən", elə-belə deməyiblər ki!
11
"Evdə çörəkarası bir şey hazırlayıb özümlə gətirirəm. Burada, elə iş başında yeməyimi yeyirəm. Düşünürəm ki, "stalovaya" gedincə, elə o pulu yerpuluna verərəm. Özümə 2-3 manat qazanc qalar".
12