«Nə itirsən, bu bazardan tapa bilərsən», elə-belə deməyiblər ki! Sovetlərdən bəri bu bazarı müxtəlif adlarda çağırdılar. Kimi «Kolxoz bazarı», kimi «İkinci əl bazarı» dedi. Bu bazar illərdir ki, kasıb-kusubun əlindən tutur. Oradan-buradan əldə etdiyini satmağa gələnlərin sığınacaq yeridir. Sabunçu qəsəbəsində, Vağzalın yaxınlığında yerləşən və «rus bazarı» adlanan ərazidən Famil Mahmudbəylinin çəkdikləri.
Sabunçuda «Rus bazarı»
5
Bu bazarda hər nə desən tapmaq olar: entik əşyalar, köhnə paltarlar, metal, elektrik əşyalar, nimdaş paltarlar və daha nələr nələr. Məsələn, sobanızın sinisi sınıbsa, itibsə, oradan rahatlıqla tapa bilərsiniz.
6
Bu bazarda utanaraq çalışanlar da az deyil. Satıcılar özləri etiraf edir ki, çoxu burada alış-veriş etməkdən utanır, "Birdən qonşum görər deyə".
7
Bazarda yer tutmaq da asan iş deyil. Satıcılar deyir ki, yerpulu 1-3 manat arasında dəyişir.
8
"Mən yorğan-döşək sırıyıb satıram", danışa-danışa nənə iynə saplayır. "Elə də olur ki müştəri səhər gəlib sifarişini verir. Məsələn, balaca döşəkcələr, gəlib o biri bazar aparır. Amma ay bala, artıq yaşlanmışam, gözlərim yaxşı görmür ki, iynəni saplayım".