«Nə itirsən, bu bazardan tapa bilərsən», elə-belə deməyiblər ki! Sovetlərdən bəri bu bazarı müxtəlif adlarda çağırdılar. Kimi «Kolxoz bazarı», kimi «İkinci əl bazarı» dedi. Bu bazar illərdir ki, kasıb-kusubun əlindən tutur. Oradan-buradan əldə etdiyini satmağa gələnlərin sığınacaq yeridir. Sabunçu qəsəbəsində, Vağzalın yaxınlığında yerləşən və «rus bazarı» adlanan ərazidən Famil Mahmudbəylinin çəkdikləri.
Sabunçuda «Rus bazarı»

1
Bazarın başqa adları da olub: "Kalxoz bazarı", "Kasıb-kusubun dərdinə əlac", "Cındır bazarı".

2
Gününü-güzəranını bu bazarda keçirmiş satıcılar deyir ki, "rus bazarı" hələ sovet dönəmindən - 1941-45-ci illərdən var.

3
Bu bazarı fərqli edən odur ki, burada kimi ucuz qiymətə nəsə satır, kimi də 2-3-cü əl deyilən geyimləri satışa çıxarır.

4
Sakinlərin, satıcıların sözlərinə inansaq, bazarın adı ona görə belə qoyulub ki, bazarı ruslar yaradıb və özləri də ticarətlə məşğul olub.
Şərhlər (4)
Daha çox şərh göstər