Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:26

Jurnalist İlqar Nəsibovun məhkəməsi keçiriləcək


Jurnalist İlqar Nəsibov
Jurnalist İlqar Nəsibov

-

Oktyabrın 24-də Naxçıvan Şəhər Məhkəməsində jurnalist İlqar Nəsibovun Naxçıvan sakini Fərid Əsgərova qarşı işi üzrə hazırlıq iclası keçiriləcək. Bu haqda AzadlıqRadiosuna jurnalistin həyat yoldaşı, hüquq müdafiəçisi Məlahət Nəsibova məlumat verib. Onun bildirdiyinə görə, oktyabrın 27-də isə, eyni məhkəmədə Fərid Əsgərovun İlqar Nəsibova qarşı işi üzrə hazırlıq iclası olacaq:

“İstintaq başa çatıb. Bildiyiniz kimi Fərid Əsgərov da İlqar Nəsibovun guya ona xəsarət yetirməsi ilə bağlı şikayət vermişdi. Həmin işin də istintaqı başa çatacaq. Hər iki iş üzrə məhkəmə ayrılıqda keçiriləcək. Öncə İlqarın şikayəti əsasında olan işə baxacaqlar”.

Məlahət Nəsibova bildirir ki, həyat yoldaşının səhhətində problemlər baş qaldırıb:

“Havaların soyuması ağrıların yaranmasına səbəb olur. Sümüklərində ağrılar var. Naxçıvandan kənarda müalicəsinə ehtiyac var. İstintaq dövründə Naxçıvandan çıxmasına icazə vermirdilər. Bu haqda müraciətimizə hələ də cavab verilməyib. Məhkəmədə bununla bağlı vəsatət qaldıracağıq”.

İlqar Nəsibov avqustun 21-də Naxçıvanda Demokratiyaya Dəstək Resurs Mərkəzinin ofisində bir neçə şəxs tərəfindən döyülüb. Onun qabırğaları, burnu, almacıq sümükləri qırılıb, çoxsaylı xəsarətlər yetirilib. Həkimlər üzünə ona yaxın tikiş qoyub və güclü beyin silkələnməsi olduğunu qeydə alıb. O, bir gözündə görmə qabiliyyətini qismən itirib.

Hadisədə əli olanlardan biri Fərid Əsgərova CM 127.1-ci maddəsi ilə cinayət işi açılmışdı. Daha sonra Fərid Əsgərov eyni ittihamla İlqar Nəsibovdan şikayətçi olmuşdu.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG