Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Noyabr, çərşənbə, Bakı vaxtı 04:06

ABŞ İlqar Nəsibovun döyülməsini pisləyir


Naxçıvan jurnalisti döyülüb tanınmaz hala salındı
Gözlə

No media source currently available

0:00 0:02:19 0:00

Naxçıvan jurnalisti döyülüb tanınmaz hala salındı

-

Birləşmiş Ştatlar Naxçıvanda jurnalist və insan haqları fəalı İlqar Nəsibovun döyülməsini pisləyib.

Avqustun 27-də yayılmış bəyanatda ABŞ Dövlət Departamenti hadisəyə görə məsuliyyət daşıyanların cəzalandırılması istəyib.

Departament Azərbaycan hökumətini ifadə, sərbəst toplaşma və birləşmə azadlıqlarının qorunması üçün «dərhal addımlar» atmağa çağırır.

Hüquq müdafiəçisi İlqar Nəsibov avqustun 21-i axşam saatlarında döyülüb. Aldığı zərbələrdən huşunu itirən Nəsibovu hadisə yerinə çağırılan polislər və həyat yoldaşı xəstəxanaya çatdırıb. Naxçıvan hüquq-mühafizə orqanlarından zərərçəkənə verilən məlumata görə, hadisədə əli olanlardan biri Fərid Əsgərov saxlanılıb.

İlqar Nəsibovla həyat yoldaşı Məlahət Nəsibova Naxçıvanda fəaliyyət göstərən Demokratiya və QHT-lərin İnkişaf Resurs Mərkəzinin həmtəsisçisidir.

XS
SM
MD
LG