Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:54

Kiyevdə toqquşmalar


Kiyevdə toqquşmalar
Gözlə

No media source currently available

0:00 0:05:58 0:00

Oktybarın 14-də Ukrayna parlamentinin binası qarşısında polislə nümayişçilər arasında toqquşma olub. Nümayişçilər tələb edirlər ki, Ali Rada İkinci Dünya müharibəsi vaxtı iki ziddiyyətli müqavimət təşkilatını – Ukrayna Millətçiləri Təşkilatının və Ukrayna Üsyançılar Ordusunun milli qəhrəmanlar elan edilməsi haqda qanun layihəsini gündəliyə salsın.Həmçinin tələb olunur ki, Üsyançılar Ordusu müharibədə tərəf kimi etiraf olunsun. Ukraynanın UNİAN xəbər agentliyi bildirir ki, nümayişçilər polisə Moltov kokteyli atıblar. Bəzi məlumatlara görə, nümayişçilər arasında millətçi Azadlıq partiyasının nümayəndələri olub. Ancaq onların lideri Tyahnybok bunu inkar edir. Toqquşmalardan sonra 50-dək adam saxlanıb. Ukrayna Üsyançılar Ordusu 1942-1945-ci illərdə Sovet Ordusuna və Almaniyaya qarşı, müharibədən sonra isə sovet hakimiyyətinə qarşı vuruşub.

Bölmələr

XS
SM
MD
LG