Keçid linkləri

2018, 16 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 12:09

Qroznıda intiharçı partlayışında 5 nəfər ölüb


Qroznı,Çeçenistan

Çeçenistanın paytaxtı Qroznıda intiharçı bomba partladıb, beş polis zabiti həlak olub. Daxili İşlər Nazirliyinin məlumatına görə, intiharçı özünü Qroznı Şəhər Gününə həsr olunmuş konsertin keçiriləcəyi yerdə partladıb. Hücumda azı 12 nəfər yaralanıb.

Rusiyanın yerli xəbər agentlikləri bildirirlər ki, metal detektoru ilə işləyən polis əməkdaşı kütlənin içərisində bir gəncin davranışından şübhələnib. Polis həmin gəncə yaxınlaşmaq istəyəndə o, üstündəki partlayıcını partladıb.

İntiharçının 19 yaşlı Opti Mudarov olduğu bildirilib.

Çeçenistanın moskvayönümlü lideri Ramzan Kadyrov bundan öncə Qroznıdakı dəyişikliklərdən danışıb, deyib ki, şəhər dağıntılar içində olub, yenidən doğulub.

Günün bütün mövzuları

XS
SM
MD
LG