Üç şəhəri, üç ölkəni birləşdirən düz xətt - Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi. Ümidli insanlar, böyük gözləntilər və dəqiq bilinməyən gerçəkliklər. Qars şəhərində yerli insanlarla söhbətləşdik. Onların bu layihədən gözləntiləri nədir? Onların fikrincə reyslərdəki qatarlar onların güzəranına nə kimi dəyişikliklər gətirəcək? Abbas Atilay Qarsdan çəkib araşdırıb.
Bakı-Tbilisi-Qars - Ümid yolçuluğu

1
Uzun illərdir planlaşdırılan və tikintisi davam edən Bakı-Tbilisi-Qars dəmiryolu lahiyəsi Bakını Qarsa birləşdirəcək. Bu dəmir yolu vasitəsi ilə istər sərnişin, istərsə də yük daşımında uğurlar qazanılması nəzərdə tutulur.

2
Dəmiryolu xətdi Azərbaycanın paytaxtı Bakı şəhərindən Gürcüstanın Tbilisi və Axalkalaki şəhərindən Türkiyənin Qars şəhərinə gedəcək. Bu dəmiryolu Azərbaycanla Türkiyəni birləşdirəcək.

3
2007-ci il, noyabr 21-də Gürcüstanın Marabda kəndində Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin tikintisinin təməli qoyulub. Hər üç ölkənin prezidentlərinin iştirakı ilə Gürcüstanın Marabda stansiyasında açılış mərasimi keçirilib.

4
Tikinti işləri 2007-cı ildə başlayıb 2010-cu ildə bitməsi planlaşdırılırdı. Lakin 2008-ci ilin yayında baş vermiş Rusiya-Gürcüstan müharibəsi və qlobal maliyyə böhranı layihənin həyata keçirilməsini ləngitdi. Buna baxmayaraq tikinti işləri davam etdirilir və güman edilir ki, bu ilin sonuna qədər ilk qatar reysə oturacaq.