Üç şəhəri, üç ölkəni birləşdirən düz xətt - Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi. Ümidli insanlar, böyük gözləntilər və dəqiq bilinməyən gerçəkliklər. Qars şəhərində yerli insanlarla söhbətləşdik. Onların bu layihədən gözləntiləri nədir? Onların fikrincə reyslərdəki qatarlar onların güzəranına nə kimi dəyişikliklər gətirəcək? Abbas Atilay Qarsdan çəkib araşdırıb.
Bakı-Tbilisi-Qars - Ümid yolçuluğu
5
Qars şəhərində yerli insanlarla söhbətləşdik. Onların bu layihədən gözləntiləri nədir? Onların fikrincə reyslərdəki qatarlar onların güzəranına nə kimi dəyişikliklər gətirəcək?
6
Velosiped təmirçisi Murad usta.
Murad ustanın babası XX əsrin əvvəllərində Qafqazlardan Qarsa küçmüş və sonra I Dünya Müharibəsinin başlanması ilə orda yerləşmişlər.
7
Murad usta deyir ki, onun həm babası, həm də atası həmişə Bakı həsrəti ilə yaşayıblar. Amma Sovetlər zamanı Bakını görmək onlara nəsib olmayıb. O, deyir ki, atam da babam kimi "Bakı" deyə-deyə vəfat etdi. Amma mənə Bakını görmək deyəsən nəsib olacaq. Qatar yolu açılan kimi ilk sərnişini mən olacağam, burdan qatara minib Bakıda düşüb torpağını öpəcəyəm.
8
Oğlu ilə odun satıcılığı ilə məşğul olan Əliəşrəf bəy Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılmasından ümidli danışır. O deyir ki, bu bölgə mərkəzi hökumətin o qədər də diqqəti mərkəzində deyil. Bəlkə bu layihə reallaşdıqdan sonra insanlar öz-özlərinə gün ağlayarlar.