Keçid linkləri

Təcili xəbərlər
2020, 05 Dekabr, şənbə, Bakı vaxtı 12:48

Donetsk yaxınlığında növbəti əsir mübadiləsi baş tutub


-

Sentyabrın 15-də axşam Donetsk yaxınlığında separatçılarla Ukrayna hərbçiləri arasında növbəti əsir mübadiləsi həyata keçirilib.

Konstantinovka rayonunda yaraqlılar Ukrayna tərəfinə səkkiz əsir veriblər. Xəbəri İnterfax-Ukrayna-ya prezidentin mətbuat katibi Svyatolav Tseqolko verib. RİA-Novotsi-nin məlumatına görə, Ukrayna hərbçilərinə iki həlak olmuş hərbçinin meyiti təhvil verilib.

Ukrayna tərəfi də separatçılara bir əsiri qaytarıb.

Öncəki əsir mübadiləsi sentyabrın 14-də baş tutub. Tərəflər bir-birinə 73 əsir təhvil veriblər.

Bu gün bəlli olub ki, Ukrayna 23 yaşlı rusiyalı Mariya Koledanı da azad edib. Koleda Ukrayna təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən apreldə saxlanıb. O, kütləvi itaətsizliyin və casusluğun təşkilində ittiham olunurdu. Səkkiz il həbs cəzası ala bilirdi.

Sentyabrın 5-də tərəflər atəşkəs və əsir mübadiləsinə dair razılaşma əldə edib.

XS
SM
MD
LG