Göygöl rayonunun Qırıxlar kəndində yerləşən Qadın Ruhi Əsəb Dispanserliyi. Jurnalist Aytən Fərhadova bu xəstəxana üçün ayrılmış vəsaitin çox hissəsinin müəmmalı şəkildə «itdiyini» araşdırır. Abbas Atilay isə çəkir.
Qadın Ruhi Əsəb Dispanserinin adamı dəli edən «haqq-hesabları»
10
Cəmiyyətin sədri Zakir Məmmədov: “Ərzaqların çeşidi çörəkdən tutmuş, qənd, çay, kartof, soğan, düyü, yarma və s.dir. Bir də Maliyyə Nazirliyinin göstərişləri var ki, hər rüb bazar qiymətlərinə uyğunlaşdırılmış ərzaqlar verilməlidi. Ordakı əlillərin də sayı azdır. 80-90 nəfər. 250 manatla nə almaq olar? Ərzağa aylıq 7000 - 8000 manat vəsait ayrılır. Özü də hər il tenderdə iştirak edirəm. Qiymət məni o qədər də narahat etmədiyinə görə uduram. Bir də ki, oranın direktoru Arzu xanım (Söhbət Arzu Həmzəyevadan gedir) bizim yaxın adamdı. Kömək edirəm də. Yoxsa Maliyyə Nazirliyinin rüblük verdiyi qiymətlə bazar qiyməti heç cür uyğun gəlmir. Bankın pulu, 2 faiz vergi, sosial fond, mühasibin pulu, maşın pulu da çıxıldıqdan sonra yerdə 100-200 manat pul qalır”.
11
İnternat evini ərzaqla təmin edən cəmiyyət sədrinin sözlərinə görə, 10 ilə yaxındır müəssisəsi qeydiyyatdan keçib və 3-4 ildir ki, tenderin qalibi olur. Sahibkar illik müqavilənin bəzən 75000, 80000, bəzən də 82000 manat civarında olduğunu söylədi: “2012-ci ildə 80000 manatlıq müqaviləmiz var”.
12
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin Ekspert Qrupunun açıqlamasına görə, bu halda büdcə vəsaitlərinin yayındırılmasından söhbət gedir: “Bu ondan qaynaqlanır ki, tender qanunvericiliyində boşluqlar var. Əvəlla, şirkəti araşdırıb görsəniz ki, müəssisə rəhbərliyinə hər hansı formada yaxınlığı var və bu, tender qanunvericiliyinin pozulmasıdı. Çünki tender qanunvericiliyi maraq ziddiyyətlərini inkar edir..."
13