Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:36

Orduya yaş həddinin azaldılması təklif edilir


Ordu quruculuğu ilə bağlı mətbuat konfransı, 27 sentyabr 2006
Ordu quruculuğu ilə bağlı mətbuat konfransı, 27 sentyabr 2006

Ehtiyatda və İstefada Olan Zabitlər Birliyi hökumətə təklif edir ki, gənclər orduya 18 yaşdan 27 yaşadək çağırılsınlar. Birliyin sədri Yaşar Cəfərli deyir ki, bu, sülh dövrü üçün ən yaxşı yaş həddidir: «Artıq bununla bağlı problem yaranıb, ictimaiyyətdə müzakirələr gedir, təklif edirik ki, köhnə varianta qayıdılsın».


Hazırda Azərbaycanda hərbi çağırış üçün nəzərdə tutulan yaş həddi 18-dən 35-ə qədərdir. Müdafiə Nazirliyi Mətbuat Xidmətinin əməkdaşı İlqar Verdiyev deyir ki, yaş həddini hökumət müəyyən edəndən sonra hərbi komissarlıqlar çağırışı həyata keçirirlər. Bir müddət əvvəl parlamentdə orduya çağırışla bağlı yaş həddinin artırılması haqqında da danışılırdı. Deyilirdi ki, ölkə müharibə şəraitindədir, ona görə də istənilən yaşda adam orduya çağırıla bilər.



Keçmiş hərbçi İldırım Məmmədov deyir ki, hərbçi üçün birinci sosial vəziyyətinin yaxşı olmasıdır. Yəni evinin olması və ailəsini dolandıra biləcək normal maaşı. O, ordudan uzaqlaşmasının bir səbəbini elə məişət qayğılarıyla izah edir
Hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması haqqında isə son vaxtlar həm hökumət nümayəndələri, həm də qeyri-hökumət təşkilatları çox danışır.

Ehtiyatda və İstefada Olan Zabitlər Birliyi öz təkliflərində hərbçilərin və onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsini də vacib sayır. Elə keçmiş hərbçi, polkovnik rütbəli İldırım Məmmədov da deyir ki, hərbçi üçün birinci sosial vəziyyətinin yaxşı olmasıdır. Yəni evinin olması və ailəsini dolandıra biləcək normal maaşı. O, ordudan uzaqlaşmasının bir səbəbini elə məişət qayğılarıyla izah edir: «Ən əsası odur ki, başına yağış yağmasın, onun-bunun küncündə yaşamayasan. Mənzil əsas problem idi. Kimin pulu-tanışı vardı, alıb, yerləşirdi əksəriyyətin isə mənzil probemi vardı. İiknci də verilən maaşın çatmamasıdır. Bu da insanı korrupsiyaya itələyir. İstəyir kiçik olsun, istəyir böyük».


Cənab Məmmədov hazırda aldığı 370 manat təqaüddən isə narazı deyil. Deyir, evdə oturub bu qədər maaş alması ona bəs edir.


Müdafiə Nazirliyi Mətbuat Xidmətinin əməkdaşı İlqar Verdiyev isə deyir ki, hərbçilərin sosial problemlərinin həlli nazirlikdə diqqət mərkəzindədir. Hərbçilərin mənzillə təmin olunması uzun müddət problem kimi qalsa da, artıq bunun da həllinə başlanılıb: «Hazırda Bakıda iki bina tikilir. Naxçıvanda və Gəncədə də hərbi şəhərciklərin salınması işinə başlanılıb».



«Ayna» qəzetinin hərbi şərhçisi Cəsur Sümərinli hesab edir ki, hərbçilərin sosial problemlərinin həlli məsələsindən danışanda ilk növbədə, məvacib məsələsi qabardılmalıdır
«Ayna» qəzetinin hərbi şərhçisi Cəsur Sümərinli isə deyir ki, hərbçilərin sosial problemlərinin həlli məsələsindən danışanda ilk növbədə, məvacib məsələsi qabardılmalıdır: «Bizdə əsasən prezidentin sərəncamları ilə məvaciblər artırılır. Ancaq NATO ölkələrində indeksasiya prosesi var, yəni müəyyən müddətdən sonra müvafiq strukturlar tərəfindən hesablanma aparılır və məvacib artımı avtomatik baş verir. Fikrimcə, bizdə də bu prosesə keçmək zəruridir».

Keçmiş hərbçilər hazırladıqları təkliflər paketini Milli Məclisin gələn həftə işinə başlayacaqpayız sessiyasına göndərəcəklər. Parlamentin İnsan Haqları Daimi Komissiyasının üzvü Fazil Qəzənfəroğlu isə hərbçiləri müdafiə edəcəyini deyir: «Kirayədə qalan hərbçilər var ki, onların aldığı kirayə pulu minimum yaşayışına, mənzilin haqqını ödəməsinə yetmir. Digər məsələlər də var ki, (məsələn, hərçilərin həbs olunması) bu, Milli Məclisin iş planına salınıb».


Hökumətin bu təkliflərə reaksiya verib-verməyəcəyi hələlik bəlli olmasa da, son illər Azərbaycanın dövlət büdcəsindən orduya ayrılan xərclərin artırılmasını rəsmilər bu sahəyə xüsusi diqqətin təzahürü kimi qiymətləndirirlər. Gələn ilin büdcəsində də müdafiə xərclərinin 700 milyon dollara qədər artırılması planlaşdırılır. Hərçənd ki, orduya büdcədən daha çox pul ayrılmasının əsgər və zabitlərin şəraitinin yaxşılaşmasına təsir edəcəyindən bədgüman olanlar da az deyil. Amma bir neçə ay əvvəl isə prezidentin sərəncamı ilə hərbçilərin maaşı iki dəfə artırılıb.


«Hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi haqqında» qanun layihəsi parlamentdə bu il müzakirə olunub, iyulun 1-dən isə qüvvəyə minib. Bura hərbçilərə verilən ezamiyyət pulunun həcminin artırılması daxildir.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG