Əfqanıstan prezidenti Hamid Karzai deyib ki, varisi sentyabrın 2-də işə başlayacaq. Avqustun 23-də yayılan bəyanatda bildirilir ki, hökumət sentyabrın 2-də «yeni prezidentin andiçmə mərasiminə tamamilə hazırdır» və həmin tarix dəyişməyəcək.
Mübahisəli 14 iyun seçkisinin nəticələrinin yoxlanma prosesi hələ bitməyib.
Prezident postunun iki əsas rəqibi Abdullah Abdullah və Ashraf Ghani Ahmadzai milli birlik hökumətinin yaradılması barədə razılaşma imzalayıb.
Seçki komissiyası səslərin 60 faizindən çoxunun təftiş olunduğunu deyir.
Karzai-nin bəyanatı onun Kabildə BMT missiyasının rəhbəri Jan Kubis-lə danışıqlarından sonra yayılıb.