- «Like» məhbusunu #azadet - Vicdan məhbuslarını vicdansız mühakimədən #azadet - Siyasi məhbusları dərhal #azadet Bu şüarlar facebook və twitter-də aprelin 14-dən başladılan kampaniyadan götürülüb. İstifadəçilər #azadet açar sözü ilə siyasi və vicdan məhbuslarının azadlığa buraxılmasını hədəfləyən müxtəlif status və «tweet»ləri paylaşırlar. Aprelin 18-də axşam saat 7-də «Azadlıq FM»də #azadet kampaniyasından söz açılır.