Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:54

«11 sentyabr»ın növbəti ildönümü qeyd olunur


Amerikalılar ölkələrinin hazırda daha təhlükəsiz olduğu qənaətindədirlər
Amerikalılar ölkələrinin hazırda daha təhlükəsiz olduğu qənaətindədirlər

Bu gün Amerika Birləşmiş Ştatlarda 11 sentyabr terror aktlarının növbəti ildönümü qeyd olunur. Bununla bağlı Birləşmiş Ştatlar və digər dünya ölkələrində anım mərasimləri keçirilir.


2001-ci il sentyabrın 11-də Nyu-Yorkda Ümumdünya Ticarət Təşkilatının binası və Pentaqonun təyyarələrlə vurulması nəticəsində təxminən 3 min adam öldü. Həmin vaxt terror məqsədilə qaçırılmış sərnişin təyyarələrindən biri isə Pensilvani ştatında qəzaya uğradı. Bu hücumlara görə cavabdehliyi Usama Bin Ladenin rəhbərlik etdiyi «Əl Qaida» təşkilatı üzərinə götürdü.


ABŞ prezidenti Corc Buş və xanımı Laura Buş sentyabrın 10-da Nyu-Yorkda Ümumdünya Ticarət təşkilatının keçmiş binasının yerinə əklil qoyublar. Corc Buşun bu gün həmçinin terror hücumlarına məruz qalmış bütün yerlərə baş çəkəcəyi və rəsmi çıxışlar edəcəyi gözlənilir. Birləşmiş Ştatların dövlət katibi Kondaliza Rays 11sentyabr terror aktlarının 5-ci ildönümü ərəfəsində çıxış edərək indi ölkəsinin daha təhlükəsiz olduğunu vurğulayıb. Kondaliza Rays xüsusilə koalisiya qüvvələrinin İraqda apardığı əməliyyatı yüksək qiymətləndirib və devrilmiş Səddam Hüseyn rejiminin «Əl Qaida»yla əlaqəsi olduğunu bildirib. ABŞ-ın vitse-prezidenti Dik Çeyni də Buş hökumətinin milli təhlükəsizlik siyasətinə bir daha haqq qazandırıb.


Əfqanıstan prezidenti Həmid Kərzai isə Əfqanıstanda «Əl Qaida» və «Taliban»çılara qarşı mübarizə apardığına görə Birləşmiş Ştatlara təşəkkürünü bildirib və qeyd edib ki, terrorçuluğa qarşı beynəlxalq mübarizə qətiyyətlə davam etdirilməlidir.


Lakin, istər ölkə daxilində, istərsə də xaricdə Amerikanın bu siyasətinə qarşı çıxanlar da var. Məsələn müxalifətdə olan demokratlar Buş hökumətini bu hücumlardan siyasi divident kimi yaralanmaqda günahlandırırlar. Birləşmiş Ştatlarda keçirilmiş son rəy sorğuları isə bu gün Amerikanın təhlükəsiz olduğunu və düşünənlərin azaldığını göstərir.


«Vaşinqton Post» qəzeti isə yazır ki, «Əl Qaida»nın lideri Usama Bin Ladenin axtarışı hələ ki, bir nəticə verməyib və 2 ildən çox vaxt keçməsinə baxmayaraq onun yeri hələ də bəlli deyil.



TERRORLA BAĞLI FOTO QALEREYA



AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG