Keçid linkləri

2024, 07 Dekabr, şənbə, Bakı vaxtı 15:25

Corc Buş Usama Bin Ladeni Lenin və Hitlerlə müqayisə edib


ABŞ prezidenti Corc Buş beynəlxalq terrorçuluğa qarşı mübarizədə ciddi irəliləyiş olduğunu lakin eyni zamanda düşmənin hələ də təhlükəli olaraq qaldığını vurğulayıb: «Bizə edilmiş hücumdan 5 il ötsə də terror təhlükəsi hələ də qalır. Biz müharibə vəziyyətindəyik və Amerika və bizim müttəfiqlərimiz dünya boyu bu müharibədə amansız-qətiyyətli mübarizə aparır».


Corc Buş Əl Qaidanın lideri Usama Bin Ladeni Lenin və Hitlerlə müqayisə edib və qeyd edib ki, bu terrorçu qrupun məqsədi Yaxın Şərqdə azad dünyanı məhv etmək istəyən totalitar islam dövləti, terrorçu imperiya qurmaqdır: «Onlar Yaxın Şərqdə güclü siyasi utopiya qurmaq niyyətindədirlər. Hansı ki, onlar bunu Xəlifət adlandırırlar və burda hər şey onların nifrət ideologiyasıyla idarə olunardı».


XS
SM
MD
LG