Rusiyada məşhur hüquq müdafiəçisi və müxalifət fəalı Valeriya Novodvorskaya iyulun 12-də Moskvada 64 yaşında vəfat edib. Həkimlər onun "intensiv toksik şok"-dan vəfat etdiyini deyirlər. Novodvorskaya hələ Sovet Hakimiyyəti illərindən dissedent olub. Sovet hakimiyyəti onu bir müddət siyasi fəallara verilən məşhur psixi xəstə ittihamı ilə "məcburi müalicəyə" də cəlb etmişdi. O, 1988-ci ildə radikal "Demokratik Birlik" təşkilatını qurub. Son illər isə Novodvroskaya Çeçenistan və başqa yerli siyasətə görə prezident Vladimir Putini kəskin tənqid edirdi.
Bölmələr
- Siyasət
- Sosial
- İqtisadiyyat
- Azərbaycan-Ermənistan münaqişəsi
- Dünya
- Radio: Qaynar xətt
- İslam və demokratiya
- Insan haqları
- İdman