Dağlıq Qarabağ müharibəsinin ağır izini daşıyan yerlərdən biri Gədəbəyin Başkəndidir. Əməliyyatlar zamanı tamamilə dağıdılan bu kənddə indi insan izi olmasa da yaxınlığındakı su anbarı və ətrafı gözəlliyini hələ də saxlayıb. Abbas Atilay bir zamanlar qızğın döyüşlər getmiş torpaqdan sizə istirahət üçün gəlmişləri çəkib.
Başkənd su anbarı - müharibə və istirahətin birgə yeri
1
Gədəbəyin Ermənistanla sərhəd Başkənd qəsəbəsi XIX əsrin 20-ci illərinə qədər Azərbaycan torpaqlarına aid olub. 20-ci illərdə ölkə rəhbərliyinin razılığı ilə bu kənd Sovet Ermənistanına verilib və anklav bölgə kimi 90-cı illərin əvvəllərinə qədər ona aid olub.
2
Dağlıq Qarabağ müharibəsi zamanı 1992-ci ilin yayında Ermənistan ordusu Başkəndin anklav vəziyyətindən çıxarılaraq, Ermənistanla birləşdirilməsi məqsədi ilə Gədəbəy rayonuna hücuma keçdikdən sonra yerli və Tovuz rayonundan olan könüllülərin keçirdiyi uğurlu hücum əməliyyatı nəticəsində Başkənd işğalçılardan azad edilərək, yenidən Azərbaycan torpaqlarına birləşdirilib.
3
Müharibənin izlərini hələ də daşlarında yaşadan kənddə həyat olmasa da yay günləri Başkəndin sovetlər zamanı tikilmiş su anbarının ətrafı insanlarla dolub-daşır. Gədəbəyin Şınıx, Novasaratovka və rayon mərkəzindən insanlar bura istirahətə gəlir, balıq tuturlar.
4