DÇ-2014-də 1/4 final mərhələsinin oyunlarına start verilib.
Almaniya və Fransa arasında oyun 1:0 hesabı ilə bitib.
Yeganə qolu oyunun 13-cü dəqiqəsində Almaniya millisinin futbolçusu Mats Hummels vurub.
Günün ikinci qarşılaşmasında Braziliya Kolumbiya üzərində 2:1 hesablı qələbə qazanıb.
Oyunun 7-ci dəqiqəsində Thiago Silva hesabı açıb. 69-cu dəqiqədə David Luiz Braziliyanın 2-ci qolunu Kolumbiyanın qapısından keçirib.
80-ci dəqiqədə isə James Rodriguez penalti qazanaraq hesab arasındakı fərqi azaldıb - 2-1.
Yarımfinal mərhələsində Braziliya millisi iyulun 8-də Almaniya yığması ilə qarşılaşacaq.
Braziliya yarımfinalda Almaniyaya rəqib oldu
5
Fransa-Almaniya – 0:1. Karim Benzema komandasını məğlubiyyətdən xilas etməyə çalışır.
6
Braziliya-Kolumbiya – 2:1. Maicon vs. Teofilo Gutierrez.
7
Braziliya-Kolumbiya – 2:1. Thiago Silva hesabı açır.
8
Braziliya-Kolumbiya – 2:1. Maicon vs. Victor Ibarbo.