Keçid linkləri

2017, 21 Yanvar, şənbə, Bakı vaxtı 02:31

-

Braziliya millisinin hücumçusu Neymar zədə üzündən dünya futbol çempionatının qalan matçlarında oynamayacaq.

1/4 finalda Kolumbiya ilə oyunda Neymar rəqib müdafiəçi ilə toqquşaraq zədələnib. O, meydançanı xərəkdə tərk edib, sonra isə xəstəxanaya aparılıb. Ona üçüncü fəqərə sümüyünün sınığı diaqnozu qoyulub. İlkin proqnoza görə, futbolçunun sağalması 4-6 həftə çəkə bilər.

Turnirin bütün 5 oyununda əsas heyətdə yer alan Neymar 4 qol vurub.

Yarımfinalda «sambaçılar» Fransanı mübarizədən kənarlaşdıran Almaniya yığması ilə qarşılaşacaqlar. Görüş iyulun 8-də baş tutacaq.

XS
SM
MD
LG