Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:28

Hollandiya 1/4 finalda Kosta-Rikaya rəqib oldu

Dünya futbol çempionatının daha iki 1/4 finalçısı müəyyənləşib. İlk olaraq meydana Hollandiya və Meksika milliləri çıxıb. Oyunun 48-ci dəqiqəsində Meksika millisinin futbolçusu Giovani Dos Santos hesabı açıb. Matçın 89-cu dəqiqəsində Wesley Sneijder hesabı bərabərləşdirib – 1:1. Meksikalı futbolçu Rafael Marquez-in kobud oyunu on bir metrlik cərimə zərbəsi ilə nəticələnib. Penalti zərbəsini dəqiq yerinə yetirən Klaas Jan Huntelaar komandasının qələbəsini rəsmiləşdirib – 2:1. Kosta-Rika-Yunanıstan oyununun ilk hissəsində hesab açılmayıb. Matçın 52-ci dəqiqəsində kosta-rikalı futbolçu Bryan Ruiz fərqlənib. Görüşün ikinci hissəsinə əlavə olunmuş vaxtda yunanıstanlı Sokratis Papastathopoulos hesabı bərabərləşdirib – 1:1. Oyunun əsas hissəsində qalib müəyyənləşmədiyi üçün əlavə vaxt oynanılıb. Əlavə vaxtda da qapılara top vurulmayıb. Qalib penalti seriyasında müəyyənləşib. On bir metrlik zərbələri daha dəqiq yerinə yetirən Kosta-Rika (5:3) növbəti mərhələyə adlayıb. 1/4 finalda Hollandiya Kosta-Rika ilə qarşılaşacaq.

Davamı

Bölmələr

XS
SM
MD
LG