Dünya futbol çempionatının daha iki 1/4 finalçısı müəyyənləşib.
İlk olaraq meydana Hollandiya və Meksika milliləri çıxıb.
Oyunun 48-ci dəqiqəsində Meksika millisinin futbolçusu Giovani Dos Santos hesabı açıb. Matçın 89-cu dəqiqəsində Wesley Sneijder hesabı bərabərləşdirib – 1:1.
Meksikalı futbolçu Rafael Marquez-in kobud oyunu on bir metrlik cərimə zərbəsi ilə nəticələnib. Penalti zərbəsini dəqiq yerinə yetirən Klaas Jan Huntelaar komandasının qələbəsini rəsmiləşdirib – 2:1.
Kosta-Rika-Yunanıstan oyununun ilk hissəsində hesab açılmayıb. Matçın 52-ci dəqiqəsində kosta-rikalı futbolçu Bryan Ruiz fərqlənib. Görüşün ikinci hissəsinə əlavə olunmuş vaxtda yunanıstanlı Sokratis Papastathopoulos hesabı bərabərləşdirib – 1:1.
Oyunun əsas hissəsində qalib müəyyənləşmədiyi üçün əlavə vaxt oynanılıb. Əlavə vaxtda da qapılara top vurulmayıb. Qalib penalti seriyasında müəyyənləşib. On bir metrlik zərbələri daha dəqiq yerinə yetirən Kosta-Rika (5:3) növbəti mərhələyə adlayıb.
1/4 finalda Hollandiya Kosta-Rika ilə qarşılaşacaq.
Hollandiya 1/4 finalda Kosta-Rikaya rəqib oldu
5
Hollandiya-Meksika – 2:1. Arjen Robben vs. Paul Aguilar.
6
Kosta-Rika-Yunanıstan – 1:1. Kosta-rikalı Bryan Ruiz hesabı açır.
7
Kosta-Rika-Yunanıstan – 1:1. Kosta-Rika millisinin qapıçısı Keilor Navas zərbəni dəf edir.
8
Kosta-Rika-Yunanıstan – 1:1. Oyunun 66-ci dəqiqəsində Kosta-Rika komandası azlıqda qalır.