Braziliyada keçirilən dünya futbol çempionatında 1/8 finalın ilk cütlükləri müəyyənləşib.
B qrupunda Avstraliya İspaniya ilə qarşılaşıb. Hər iki komanda qrupdan çıxmaq şansını itirdiyindən oyuna maraq o qədər də böyük deyildi. Görüş İspaniyanın 3:0 hesablı qələbəsi ilə bitib.
Hollandiya komandası Çili millisinin qapısından iki cavabsız top keçirib – 2:0.
A qrupunda Kamerun Braziliyaya uduzub -1:4. Xorvatiya üzərində 3:1 hesabı ilə qələbə qazanan Meksika qrup ikincisi kimi 1/8 finalda Hollandiyanın rəqibi olub.
Braziliya komandası isə 1/8 finalda Çili ilə münasibətlərini ayırd edəcək.
Xorvatiya Meksika qarşında diz çökdü
1
Hollandiya-Çili - 2:0. Arjen Robben vs. Gonzalo Jara.
2
Hollandiya-Çili – 2:0. Gonzalo Jara vs. Dirk Kuyt.
3
Hollandiya-Çili – 2:0. Leroy Fer Çilinin qapısına qol vurur.
4
Avstraliya-İspaniya – 0:3. Fernando Torres «kenqurular»ın qapısından ikinci topu keçirir.